Close

168 saat: Matviyenkonun Bakıya gəlişi, bələdiyyə sədrinin həbsi, 32 ildən sonra açılan sərhəd...

Mart ayının daha bir həftəsi başa çatıb. Ötən həftə də dünya və Azərbaycan gündəmi önəmli hadisələrlə yadda qalıb.

TNS-in “168 saat” layihəsində həftənin vacib hadisələrinə nəzər salaçağıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycanın hərbi prokuroru Xanlar Rüstəm oğlu Vəliyevi prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Azərbaycan Prezidenti Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Valentina Matviyenko Bakı-Qroznı istiqaməti üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığını çatdıraraq, bu məsələnin Rusiyanın istintaq orqanları tərəfindən araşdırıldığını və ona obyektiv qiymət veriləcəyini bildirib.

67d7c887e338e67d7c887e338f174219482367d7c887e338c67d7c887e338d

Dövlət başçısı Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib. Azərbaycan ilə Bosniya və Herseqovina arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, ölkələrimizin Müdafiə nazirliklərinin və müdafiə sənayesi qurumlarının əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulanıb.

17421962393259754763_1200x630

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər. 

17423002784954933691_1200x630

17423002781515846132_1200x630

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdərə rayonundan İlaxır çərşənbə ilə bağlı paylaşım edib.

"Ağdərə rayonu, Həsənriz kəndi. 18.03.2025. Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!",- paylaşımda qeyd olunub.

17422917328886539_1200x630

Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məscidin açılışında iştirak ediblər.

1742306009232325873_1200x630

17423060093979511159_1200x630

1742306009568067583_1200x630

Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət Miqrasiya Xidmətinin (DMX) bir qrup əməkdaşı “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və sakinlərlə Novruz tonqalını alovlandırıblar.

17423051454044222815_1200x630

17423053472214427297_1200x630

Dövlət başçısı və birinci xanım Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.

17423099611914742613_1200x630

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

GmazVvIXsAA46iN  

70 yaşı tamam olan Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinə görə Prezident  İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilib. Dövlət başçısı xanım spikeri qəbul edərək ona “Şərəf” ordenini təqdim edib.

17423699273238450446_1200x630

174236992726567264_1200x630

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nı, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib. Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu və İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi artırılması ilə bağlı Fərman imzalayıb.

Azərbaycanın hər yerində baharın və Yeni ilin gəlişinin müjdəçisi olan Novruz bayramı böyük çoşqu ilə qeyd olunub.

480761309_4023196978004916_2655118794528151770_n

Özbəkistan lideri Şavkat Mirziyoyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Valdimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Gürcüstan və Pakistanın Baş nazirləri İrakli Kobaxidze və  Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib.

Ötən həftə erməni silahlı qüvvələri tərəfindən Azərbaycan mövqeləri müxtəlif istiqamətlərdə dəfələrlə atəşə tutulub.

Gədəbəydə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu dumanlı hava şəraitində qar uçqununa düşərək həlak olublar.

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinin razılaşdırıldığını və sənədi imzalamağa hazır olduğunu bəyan edib.

Ölkə üzrə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Mərkəzi Seçki Komissiyası tərəfindən may ayının sonunda seçici siyahılarının hazırlanıb təqdim edilməli olduğu bildirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğız Respublikasına təmənnasız olaraq 10 ədəd “KamAZ” markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobillərindən ibarət humanitar yardım göndərilib.

trend_fhn_yardim_7

Dünya gündəmində isə ötən həftənin diqqətçəkən hadisəsi ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Ukraynada enerji və infrastruktur atəşkəsinə dair razılıq əldə etməsi olub.

Türkiyədə İstanbul Böyük Şəhər Bələdiyyəsinin(İBB) sədri Əkrəm İmamoğlunun diplomu ləğv edilib. İmamoğlu “tender nəticələrini saxtalaşdırmaq” və “rüşvət alma” iddiaları ilə həbs edilib və bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb.

32 illik fasilədən sonra ilk dəfə olaraq Türkiyə ilə Ermənistan arasındakı «Marqara» sərhəd-buraxılış məntəqəsi “Ermənistandan Suriyaya humanitar yardım daşımaq” bəhanəsi ilə açılıb.

İsrail ordusu Qəzzada quru əməliyyatlarını bərpa edib, HƏMAS-ın bir neçə yüksək vəzifəli üzvü öldürülüb.