Close

15:34
10 Mart 2025

168 saat: Naxçıvanın enerji təhlükəsizliyi, Agentlik sədrinə şiddətli töhmət, yenidən başlayan müharibə...

Mart ayının ilk həftəsi başa çatdı.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftənin (3-9 mart) önəmli hadisələrinə nəzər salacağıq.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib.

qebul-qazaxistan

Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısı Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Azərbaycan Prezidenti Rusiyanın “Tatneft” şirkətinin baş direktoru Nail Maqanovu, Qazaxıstanın “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Asxat Xassenovu və Özbəkistanın “Uzbeknefteqaz” şirkətinin idarə heyətinin sədri Baxodirjon Sidikovu qəbul edib.

qebul-tatneft

Dövlət başçısı “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmamı qəbul edib.

qebul-d8

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı sosial şəbəkə səhifələrində paylaşım edib. “Uca Allah mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Od çərşənbəniz mübarək!” – deyə paylaşımda bildirilib.

odcersenbe

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib. İki qardaş ölkənin liderlərinin təkbətək görüşü olub, dövlət başçıları Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimində, iftar süfrəsində iştirak ediblər.

turkiye-1

turkiye-tek

iftar

Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfəri başa çatıb.

turkiye-son

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə şəhərinə səfər ediblər, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

gence-1

Mehriban Əliyeva və Arzu Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən aparılan təmir-bərpa işləri ilə tanış olublar, 40 saylı körpələr evi-uşaq bağçasına baş çəkiblər.

gence-mekteb

gence-usaqevi

Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün inşa edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olublar, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzinə gediblər.

gence-memorial

gence-xestexana

Onlar Şah Abbas və Hüseyniyyə məscidlərində, Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olublar.

gence-sahabbas

gence-kilse

Birinci vitse-prezident “X”dəki hesabında Gəncə şəhərinə səfəri ilə bağlı paylaşım edib.

Prezident İlham Əliyev Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində edilən dəyişikliyi təsdiqləyib.

Dövlət başçısı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.

Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım ediblər.

8mart-1

8mart-2

Həftə ərzində Ermənistan tərəfindən sərhəddə təxribatlar törədilib. Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Daha sonra ermənilər Naxçıvan istiqamətində güclü yanğın törədiblər.

Baş nazir Əli Əsədov onun dəvəti ilə Bakıda rəsmi səfərdə olan Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə görüşüb.

eliesedov-qazax

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla Milli Məclisin sədri Sahibə Qafarova arasında telefon danışığı olub. Telefon danışığı zamanı Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli və parlamentlərarası əlaqələr müzakirə edilib.

Xarici işlər naziri Ceyhun Bayramov isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib. O, inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi İsiaka Abdulqadir İmam ilə görüşüb.

Milli Məclisdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi qəbul olunub. Məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edib.

Həftə ərzində ölkədə bir neçə zəif maqnitudalı zəlzələ qeydə alınıb.

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində güclü yanğın baş verib. Baş nazir Əli Əsədov, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanğın yerində olublar.

yanqin

Ötən həftə Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlangıç İran Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Türkiyə xarici işlər naziri Hakan Fidanın İran əleyhinə açıqlamasının regionda sabitliyə kölgə saldığı və ikitərəfli münasibətlərdə fikir ayrılığına və ya gərginliyə səbəb ola biləcək yersiz şərhlər verməkdən, qeyri-real təhlillərdən çəkinmək lazım olduğu bildirilib.

İran səfirliyinin müvəqqəti işlər vəkili isə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Həftə ərzində yenə də ABŞ Prezidenti Donald Trampdan maraqlı açıqlamalar gəlib. O, İranla danışıqlara üstünlük verdiyini, bu ölkənin İranın Ali Rəhbərinə məktub göndərdiyini bildirib. Tramp nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini vurğulayıb.

İranın BMT-dəki missiyası isə Tehranın nüvə proqramı üzrə danışıqların bərpası perspektivlərini müzakirə etməyə hazır olduğunu bəyan edib.

Tramp Volodimir Zelenskinin Ukraynanın mineral ehtiyatları ilə bağlı saziş imzalamaq üçün Vaşinqtona qayıtmasını gözlədiyini də açıqlayıb. O, bunun baş verəcəyinə əminliyini ifadə edib.

Həftə ərzində Yaxın Şərqdə illərdir, davam edən gərginlik daha da artıb. Ötən ilin dekabrında devrilən Prezident Bəşəd Əsəd tərəfdarları ilə Suriya Ərəb Respublikasının keçid dövrünün silahlı qüvvələri arasında qanlı savaşlar başlayıb. İnidyədək 1500 nəfərədən hərbçi və mülki şəxsin öldüyü bildirilir.

Argentinada isə güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 13 nəfər ölüb. Evlərin və bir sıra inzibati binaların su altında qaldığı Baiya-Blankada elektrik enerjisi də kəsilib.