Close

168 saat: Ballıcada səmimi görüş, Prezidentə hədiyyə edilən qılınc, konstitusiyada dəyişiklik...

Fevral ayının növbəti həftəsi arxada qaldı.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftənin (17-23 fevral) önəmli hadisələrinə nəzər salacağıq.

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna edilən dəyişikliyi, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişi”, “Azərbaycan Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiqləyib.

Dövlət başçısı "Diplomatik xidmət haqqında", Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunları imzalayıb.

Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam verib.

Azərbaycan Prezidenti Qambiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Qambiya Respublikasının Prezidenti Adama Barrouya təbrik məktubu ünvanlayıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam şəhərində “Hilton Garden İnn” hotelində, Ağdam Muğam Mərkəzində, Ağdam şəhərində 1268 mənzilli 2-ci yaşayış kompleksində, Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında, Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri, “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.

aqdam1

aqdam-muqam

aqdam-2-ci

aqdam-usaqevi

aqdam-mekteb

Dövlət başçısı“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib.

aqdam2

Azərbaycan Prezidenti və birinci xanım Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar.

esgeran

Dövlətimizin başçısı Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində, “Bulud” hotelinin açılışında iştirak edib.

xankendi-zefer

xankendi-bulud

Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti, Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.

xankendi-tikis

xocali1

Azərbaycan Prezidentoi Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Senatının sədri Seyid Yusuf Rza Gilanini, İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharanini, Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanı qəbul edib.

qebul-pakistan

qebul-indoneziya

qebul-belarus

Artur Tahir oğlu Rasi zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısı Artur Rasi-zadəni qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.

artur-r

Prezident İlham Əliyev Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında Sərəncam imzalayıb, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişikliyi təsdiqləyib.

Dövlətimizin başçısı İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

qebul-iran

Ədliyyə Nazirliyinin aparatının işçilərinin say həddi artırılıb. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Azərbaycan Prezidenti Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib. Hulusi Akar dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.

h-akar

Prezident İlham Əliyev Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam, Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Emil Maqsud oğlu Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın milli bayramı – Təvəllüd Günü münasibətilə Yaponiyanın İmperatorunu, Qayana Kooperativ Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Qayana Kooperativ Respublikasının Prezidenti Məhəmməd İrfaan Əlini, Bruney-Darüssalamın milli bayramı münasibətilə Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiahı təbrik edib.

Dövlətimizin başçı Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı qəbul edib.

qebul-xizek

Həftə ərzində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana dövlət səfərinə gəlib.

serif

Azərbaycanın Baş naziri Əli Əsədov isə Tehrana işgüzar səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

eliesedov

Ötən həftə "Global Media Group"a daxil olan onlayn informasiya resurslarına genişmiqyaslı və hərtərəfli kiberhücum həyata keçirilib. Nəticədə “Report”, “Oxu”, “Baku TV” və digər saytların fəaliyyəti müvəqqəti dayanıb.

Həftə ərzində ölkədə qeyri-hava şəraiti hökm sürüb. Paytaxtda və bölgələrdə güclü qar yağıb, şaxta olub.

Bərdə rayonunda keçirilən yas mərasimində 15 nəfər dəm qazından zəhərlənib. Zəhərlənən şəxslərin mərasimdə iştirak edən şəxslər olması müəyyənləşib.

Ötən həftə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada keçirilən 8-ci növbədənkənar qurultayında Prezident Rəcəb Tayyib Ərdoğan yenidən başqan seçilib. Qurultayda partiyanın idarə heyəti də yenilənib.

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib, Ərdoğanla görüşüb.

ankkk

Almaniyada keçirilən növbədənkənar federal seçkilər başa çatıb. Seçkinin qalibi Xristian Birlik (CDU/CSU) İttifaqı olub.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə xalqa müraciətində yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinin zəruri olduğunu bildirib.