Close

168 saat: Yeni qurum yaradıldı, “Rus Evi” bağlandı, Tramp Rusiyaya dəvət edildi...

Fevral ayının növbəti həftəsi arxada qaldı.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftənin (10 – 16 fevral) önəmli hadisələrinə nəzər salacağıq.

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə bu ölkənin Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyini, Prezidenti Məsud Pezeşkianı təbrik edib.

Dövlət başçısı “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsinə dair Sərəncamı imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”i, “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnaməni təsdiqləyib.

Azərbaycan Prezidenti yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlət başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.

musahibe

Azərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmudun bu gün rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyevin Hasan Şeyx Mahmud ilə təkbətək, lanç əsnasında geniş tərkibdə görüşü keçirilib.

som-qarsilama

som-tek

som-hgenis

Azərbaycanla ilə Somali arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub, dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

som-sened

som-metbuat

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Dövlət başçısının Sərəncamına əsasən, Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib.

Bakıda “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forum keçirilib. Prezident İlham Əliyev forum iştirakçılarına müraciəti ünvanlayıb.

Dövlətimizin başçısı Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün,  Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin, Paraqvayın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnamələrini qəbul edib.

Prezident İlham Əliyev Maqsud İbrahimbəyovun 90, Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında sərəncamlar imzalayıb.

Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sədri dəyişib. Dövlət başçısının Sərəncamına əsasən, Komissiyanın sədri Samir Şərifov olacaq.

Prezident İlham Əliyev Rüfət Nahid oğlu Mahmudun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam verib.

Dövlət başçısı Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlaması münasibətilə Əhməd əl-Şaraanı təbrik edib. Dövlətimizin başçısı onu Azərbaycana səfərə dəvət edib.

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın milli bayramı münasibətilə bu ölkənin Prezidenti Gitanas Nausedaya, Serbiya Respublikasının milli bayramı münasibətilə Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

Ötən həftə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xankəndi şəhərində Qərargahın növbəti iclası keçirilib.

elaqe-sura

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev USAID-la bağlı paylaşım edib. O, 2023-cü ildəki “Maskaları çıxarın! Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur”, - paylaşımını xatırladıb.

Həftə ərzində Mərkəzi Seçki Komissiyası yanvarın 29-da keçirilmiş  bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiqləyib. Sənəddə qeyd olunub ki, bələdiyyə seçkilərində yekun seçici fəallığı 31.42 faiz olub. Bələdiyyə seçkiləri nəticəsində 681 bələdiyyə tam tərkibdə formalaşıb, 8 min 39 bələdiyyə üzvü seçilib.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentdəki çıxışında bələdiyyələrlə bağlı ciddi fikirlər səsləndirib. O bildirib ki, bələdiyyələrə toplanan vəsaitin hara xərcləndiyi məlum deyil.

Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirlər səsləndirmiş Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına salınıb. Onun ölkəmizə girişinə qadağa qoyulub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində bir sıra ölkələrin XİN başçıları ilə bir araya gəlib.

Ötən həftə casusluq fəaliyyəti ilə məşğul olduğu bildirilən Bakıdakı “Rus Evi” başğlanıb.

Müdafiə Nazirliyi ölkəmizdə mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarını nəzərə alaraq, adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyub.

Həftə ərzində Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda yüzdən çox müraciətə baxılıb.

Ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Pakistana səfər edib.

ABŞ Prezidenti Donald Tramp həftə ərzində Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonda danışıb. Putin Trampı Rusiyaya dəvət edib. Tramp sosial şəbəkə hesabındakı paylaşımında “Ukraynada müharibənin sonlandırılması üçün yaxşı imkan var”, - deyə bildirib.

Zelenski isə Putinlə yalnız müharibəni bitirmək planı hazır olduqdan sonra görüşəcəyini bəyan edib.