Close

168 saat: COP29 başa çatdı, Bayden Azərbaycana təşəkkür etdi, Baş nazirin həbsinə qərar verildi…

Noyabr ayının daha bir həftəsi geridə qaldı. Ötən həftə (18-24 noyabr) Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) böyük uğurla başa çatdı, dünyanın hər yerindən ölkəmizə təbriklər gəldi, İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın həbsinə order verildi.

 TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Prezident İlham Əliyev Oman Sultanlığının milli bayramı münasibətilə Omanın Sultanı Heytəm bin Tariq Al Səidi təbrik edib.

Azərbaycan Prezidenti Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov və Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski ilə görüşüb.

duma

Dövlətimizin başçısı Palau Respublikasının Prezidenti Surangel Uipps, Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland ilə görüşüb.

palau

mb

Prezident İlham Əliyev Fuad Süleyman oğlu Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu, Ayxan Firudin oğlu Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu, Zamin Məmməd oğlu Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu, Vüqar İsrayıl oğlu Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncamlar imzalayıb.

Dövlət başçısı Cinayət Məcəlləsinə dəyişiklik edilməsinə dair qanunu təsdiqləyib.

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılan vəsait azaldılıb. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmanla 2024-cü ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılan vəsaitin həcmi 70 milyon manatdan 41 milyon 700 min manata endirilib.

Azərbaycan Prezidenti 20 Noyabr - Ağdam Şəhəri Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. “Zəfər tariximiz – Ağdamın Ermənistan işğalından azad edilməsindən dörd il ötür”, - deyə paylaşımda bildirilib.

Dövlət başçısı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.

israil

Prezident İlham Əliyev ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilməsi haqqında Sərəncam, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Prezidenti Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb.

Prezident İlham Əliyev Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan bir qrup şəxs təltif edilməsi haqqında, Azərbaycan vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncamlar imzalayıb.

Azərbaycan Prezidenti elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman verib. Fərmana əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” və “Azərişıq” ASC-lərə ötürülməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, bununla bağlı normativ hüquqi aktların təkmilləşdirilməsi, eləcə də müvafiq səlahiyyətlərin aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Bundan başqa, fərmanla bundan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı, Naxçıvan şəhərində də istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətləri göstərəcək.

Prezident İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarında COP29-la bağlı fikirlərini paylaşıb. Dövlətimizin başçısı bildirib ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir: “Qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Dünya tarixi Bakı nailiyyətinə şahid oldu".

Ötən həftə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə yenidən Azərbaycana gəlib.

COP29 bağlanış plenar iclası keçirilib. Plenar iclasda Paris Sazişinin 6-cı maddəsi tam təsdiq olunub. Tədbirdə inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul edilib.

cop-son

Bakıda başa çatan COP29 tədbiri ilə bağlı ölkəmizə dünyanın müxtəlif yerlərindən təbriklər gəlir.

ABŞ Prezidenti Cozef Bayden də COP29-un müvəffəqiyyətlə təşkil olunmasına görə Azərbaycana təşəkkür edib. O bildirib ki, Azərbaycan ötən ilin dekabr ayından etibarən COP29-a hazırlıq çərçivəsində heyrətamiz iş görüb və onun liderliyi cari tədbirdə mühüm əhəmiyyət kəsb edir.

Həftə ərzində Azərbaycan Daimi Arbitraj Məhkəməsinə Ermənistanın enerji resursları ilə bağlı pozuntularını əks etdirən sənəd təqdim edib.

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Bundan sonra Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da bu ölkənin XİN-ə dəvət edilib.

Ötən həftə ölkəmizə gələn ermənipərəst ABŞ konqresmeni Frank Peloni burada heç bir tədbirə qatılmadan geri qayıdıb. Azərbaycan xalqını təhqir etmiş konqresmen heç kimə xəbər vermədən Bakını tərk edib.

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

sq

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Almaniya XİN başçısı Annalenna Berbokla görüşüb.

cb

Prezidentin köməkçisi Hikmət Hacıyev Berbokun Azərbycana qarşı ittihamlarına cavab verib. “Almaniyanın xarici işlər naziri Annalena Berbokun Azərbaycana qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi. Təəssüflər olsun ki, xanım Berbok Almaniyanın qarşıdan gələn seçkilərini çoxtərəfli diplomatiya ilə birləşdirib, ehtimal ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə cəhd göstərir. O, həmçinin hesab etməli idi ki, Avropanın liderlik nümayiş etdirə bilmədiyi, dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda bu çətin danışıqlar Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verdi. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları üzrə qruplarının peşəkar töhfələrini və əməkdaşlığını qəbul edirik. Dünya şahiddir ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi nəticələrin əldə edilməsi üçün vicdanlı vasitəçi kimi çıxış edib”.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyində olublar.

l-a

Həftə ərzində Ermənistanda hakimiyyət nümayəndələri istefa verib. Ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinin ard-arda istefası müxtəlif müzakirələrə yol açıb.

ABŞ administrasiyası Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbə endirmək üçün Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verib.

İranda isə paytaxtın köçürülməsi məsələsi yenidən gündəmə gəlib. Prezident Məsud Pezeşkian hökumətin iclasında islam respublikasının paytaxtının Tehrandan köçürülməsi planının hazırlanmasına başlandığını açıqlayıb.

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın həbsinə order verib. Niderland, İsveçrə, Böyük Britaniya və digər ölkələr məhkəmənin qərarını icra edəcəklərini bəyan edib.