Close

168 saat – Sülhə doğru daha bir addım, paytaxtda terror aktı, qalmaqallı parlament seçkiləri

Oktyabr ayının daha bir həftəsi (21-27 oktyabr) başa çatdı. Həftə ərzindəAzərbaycanla Ermənistan arasında sülhə doğru daha bir addım atıldı, Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın Kazanda görüşü oldu.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.

abs-komekci

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidentinə məktub ünvanlayıb. Bayden bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində əldə edilən davamlı tərəqqidən məmnundur: “Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz”.

Prezident İlham Əliyev Sultan Məhəmməd oğlu Qasımovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”i təsdiqləyib.

Azərbaycan Prezidenti “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.

MAN

Prezident İlham Əliyevin imzaladığı fərmanlara əsasən, 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Milli Qvardiyasının Döyüş Bayrağının təsviri”nin, “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin, “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblem”nin təsdiqlənməsi ilə bağlı fərmanlar imzalayıb.

Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə bu ölkənin Baş naziri Viktor Orbana təbrik məktubu göndərib.

Azərbaycan Prezidenti Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiyaının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. 

kazab1

Dövlətimizin başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib. Bu, Prezident İlham Əliyevə Rusiyada göstərilən yüksək diqqətin və ehtiramın göstəricisidir.

kazan2

Prezident İlham Əliyevin Kazanda Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub. Dövlətimizin başçısı Tatarstan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.

kazan-reis

dostluq

Azərbaycan Prezidentinin Kazanda Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit, BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.

kazan-sberbank

kazan-bosniya

kazan-laos

bazan-bank

Prezident İlham Əliyev Ankarada törədilən terror aktı ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Azərbaycan lideri Kazanda Çin Xalq Respublikasının Sədri Si Cinpin və Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayevlə ayaqüstü söhbət edib.

kazan-cin

kazan-tokayev

Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan Prezidenti Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak və çıxış edib.

kazansammit1 kazansammit2

BRICS Sammiti əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Azərbaycan Prezidenti Qubadlının işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. "Zəfər tariximiz - Qubadlının Ermənistan işğalından azad edilməsindən dörd il ötür", - deyə paylaşımda bildirilib.

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə bu ölkənib Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib. 

Dövlət başçıısı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş”in, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş”in təsdiq edilməsi barədə fərmanlar imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə”ni təsdiq edib.

Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib.

Bundan sonra Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan üç müavini olacaq. Həmçinin, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibi də təsdiqlənib.

Prezident İlham Əliyev 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”ni, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i təsdiqləyib.

Dövlət başçısı 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u təsdiq edib.

Ötən həftə Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.

BMT-nin Baş katibi Antonio Quterreşin COP29-da iştirak üçün Azərbaycan hökümətinin dəvətini qəbul etdiyi açıqlanıb.

Həftə ərzində yağan güclü yağışlar paytaxt Bakıda bir sıra fəsadlar törədib. Paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, "Bağırov korpüsü"nün ərazisində subasma qeydə alınıb, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılıb, iki nəfər ölüb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyəti struktur rəhbərləri əraziyə baxış keçirib. Baş nazir Əli Əsədov yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı iclas çağırıb.

Ötən həftə müxtəlif beynəlxalq yarışlarda iştirak edən gənc idmançılarımız böyük uğurlara imza atıblar. Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalını qazanıb.

Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında isə finalda Azərbaycan cüdoçularının dueli baş tutub. 50 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmməd Rüstəmli digər təmsilçimiz Anar Quliyevlə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn M.Rüstəmli qızıl, A.Quliyev isə gümüş medala yiyələnib. Yığmanın digər üzvü Rüstəm Qasımzadə (55 kiloqram) bürünc mükafata sahib çıxıb.

Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada gümüş medal qazanıb.

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçirilən "GymCity Open" beynəlxalq turnirində qızıl medallar qazanıblar. Hüseyn Abbasov və Əli Niftəliyev yarışda birinci yerin sahibi olublar.

“Qarabağ” futbol klubu isə UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) 0:3 hesabı ilə məğlub olub.

Ötən həftə Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) terror hücumu edilib. Nəticədə 5 nəfər şəhid olub, 22 nəfər yaralanıb. Türkiyədə fəaliyyəti qadağan olunan Kürd Fəhlə Partiyası (PKK) terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbul Atatürk Hava Limanında təhlükəsizlik iclası keçirilib.

Keçən həftə Özbəkistanda parlament seçkiləri keçirilib.

Həftə ərzində dünyada xeyli yaddaqalan hadisə baş verib.

FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən ABŞ-nin Pensilvaniya ştatında müalicə aldığı xəstəxanada ölüb.

Ukraynaya qarşı müharibədə iştirak üçün Rusiya ərazisinə göndərilən Şimali Koreya hərbçilərinin bir qrupu Kursk istiqamətindəki hərbi əməliyyatlara cəlb olunub.

İsrailin Müdafiə Ordusu İranda hərbi obyektlərə havadan zərbələr endirib. Rəsmi Tehran hələ ki, bu hücumlara cavab verməyib.

Gürcüstanda keçirilən parlament seçkilərində isə hakim “Gürcü Arzusu” Partiyası qalib gəlib. Ancaq Prezident Salome Zurabişvili və müxalifət seçkinin nəticələrini tanımadıqlarını bəyan ediblər.