Close

22:00
18 Sentyabr 2024

168 saat – Bakıda daha bir mötəbər yarış, gözlənilməz istefalar, namizədə sui-qəsd…

Sentyabr ayının daha bir həftəsini geridə qoyduq. Ötən həftə (9 – 16 sentyabr) Azərbaycan daha bir mötəbər beynəlxalq yarışa ev sahibliyi etdi, idmançılarımı beynəlxalq müsabiqələrdə uğur qazandı, ABŞ-də prezidentliyə namizəd Donald Tramp növbəti dəfə sui-qəsd cəhdi ilə üzləşdi.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib.

Dövlətimizin başçısı Koreya Xalq Demokratik Respublikasının Yaranması Günü münasibətilə ölkənin Dövlət İşlərinin Sədri Kim Çen Inı təbrik edib.

Prezident İlham Əliyev Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Dövlət başçısı Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, ölkəmizdə parlament seçkilərinin uğurla keçirilməsi və Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.

BOS1

BOS2

Azərbaycan Prezidenti Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, yarışlarda birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat, üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat veriləcək.

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında da Sərəncam verib.

Azərbaycan Prezidenti Əlcəzair Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayaraq, onu Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik edib.

Prezident İlham Əliyev cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti “Gulfstream Aerospace” şirkətinin prezidenti Mark Börnsü, texnologiya sektorunda alternativ investisiyaların idarə edilməsi üzrə fəaliyyət göstərən ən nüfuzlu investisiya şirkətlərindən biri olan “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktoru Robert Smiti qəbul edib.

Gulfstream_Aerospace

robertsimit

Prezident İlham Əliyev Bakının Səbail rayonunda yerləşən “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

xaqani1

Dövlət başçısı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın vəfatı ilə bağlı başsağlığı verib.

Azərbaycan Prezidenti Nikaraqua Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Daniel Orteqa Saavedraya təbrik məktubu ünvanlayıb.

Dövlətimizin başçısı Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, Formula 1-in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.

Naomi_Kempbelli

suleyami

Ötən həftə ölkənin siyasi arenasında ciddi istefalar olub.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib. Novella Cəfəroğlu deyib ki, seçki ilə bağlı mövqeyinə görə Müsavat Partiyasının üzərinə çox gediblər: “Mən müsavatçılıqdan yox, Müsavat Patiyasından çıxıram”.

REAL Partiyasının sədri İlqar Məmmədov da sədrlikdən istefa verib. O, istefasının səbəblərini belə açıqlayıb: “MSK dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd etdi. Nəticə etibarı ilə ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək”.

Mərkəzi Seçki Komissiyası isə (MSK) sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərlə bağlı şikayətlərə baxılmasını davam etdirib. Araşdırmalar nəticəsində qanun pozuntusu qeydə alınan bir neçə məntəqədə seçkinin nəticələri ləğv edilib.

Həftə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana səfər edib.

Həftə ərzində beynəlxalq yarışlara qatılan idmançılarımızdan xoş xəbərlər gəlib. Azərbaycanın bədii gimnastları San-Marinonun Serravalle şəhərində keçirilən “San Marino Cup”da 7 medal qazanıblar. Böyüklərin mübarizəsində İlona Zeynalova çoxnövçülükdə, halqa və topda gümüş, gürz və lentlə hərəkətlərdə bürünc mükafata sahib çıxıb.

gimnast

Gənclərdə isə Şəms Ağahüseynova lenlə hərəkətlərdə qızıl, çoxnövçülükdə gümüş medal əldə edib.

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb. Gələn idmançılar arasında paralimpiya birinciləri Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov, habelə turnirin gümüş və bürünc mükafatçıları – Raman Saley, İlham Zəkiyev və Vəli İsrafilov da olub.

p1

Azərbaycanlı karateçi Rumıniyada keçirilən Avropa çempionatının qalibi olub. Yarışda təmsilçimiz Aygün Əsədli 61 kq çəki dərəcəsində bütün bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

karate

Azərbaycan cüdoçuları isə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin ilk günündə 1 gümüş, 2 bürünc medal qazanıblar. 60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov gümüş, Turan Bayramov və 66 kq çəkidə qüvvəsini sınayan Ruslan Paşayev bürünc medalın sahibi olublar.

cudo

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisinin başa çatıb. Yarışda "McLaren"in pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayaq, qalib olub. "Ferrari"dən Şarl Lekler ikinci, "Mercedes"dən Corc Rassel üçüncü yeri tutub.

Bu çərçivədə keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisinin qalibi də bəlli olub. "Trident" komandasından Rixard Versxor bütün rəqiblərini qabaqlayıb. "Art Grand Prix"dən Viktor Martins ikinci, "Prema Racing"dən Andrea Kimi Antonelli üçüncü yeri tutub.

f1

Həftə ərzində dünyanın gündəmində yenə də münaqişə zonaları əsas yeri tutub. Rusiya tərəfi bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisindən çıxarılmayana qədər Moskva Kiyevlə danışıqlar aparmayacaq. Bu arada Rusiya ordusunun Kursk vilayətində Ukraynaya qarşı əks-hücum əməliyyatına başladığı bildirilib.

İsrail ordusu isə Baş Təhlükəsizlik Xidməti (Şin Bet) və MAQAV ehtiyat bölməsinin polislər ilə birlikdə İordan çayının qərb sahilindəki Tulkarm ərazisində genişmiqyaslı antiterror əməliyyatı keçirib.

İran Prezidenti Məsud Pezeşkian maraqlı təklif irəli sürüb. O, Avropa İttifaqı ölkələrindən nümunə götürərək, İslam ölkələri arasında da sərhədlərin ləğvini təklif edib.

ABŞ-də isə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı növbəti dəfə sui-qəsd cəhdi olub. Hadisənin detalları açıqlanmasa da, namizədin sağ-salamat olduğu bildirilib.