Close

22:00
18 Sentyabr 2024

168 saat – İtaliyadan dünyaya mesaj, Şuşada ilk “Vağzalı”, Olimpiadada 11 medal…

2024-cü ilin 9-cu ayının ilk həftəsi arxada qaldı. Sentyabrın ilk həftəsində (2 – 8 sentyabr) yenə xeyli önəmli hadisənin şahidi olduq.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftənin yaddaqalan hadisələrinə nəzər salacağıq.

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti To Lama təbrik məktubu göndərib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paralimpiya çempionu olan Səid Nəcəfzadəni təbrik edib. Paylaşımda deyilir: "Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!"

seid

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Kəlbəcər rayonuna səfərlə bağlı paylaşım edib. Paylaşımda “Doğma Kəlbəcərdə. 02.09.2024”, - deyə qeyd edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfər ediblər. Dövlət başçısı və birinci xanım Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, rayondakı Xudavəng monastır kompleksində olublar.

yuxariveng

xudaveng

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.

yolkelbecer

Azərbaycan Prezidenti Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

kelbecerkompleks

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar.

kelbecertehsil

Dövlətimizin başçısı Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.

kelbecerbina

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar, rayondakı “İstisu” mineral su zavodunun açılışına qatılıblar.

istisu

Dövlətimizin başçısı Kəlbəcər rayonunda “Azərenerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in, İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “İstisu” yarımstansiyasının açılışında iştirak edib.

zarses

istisuelektrik

Azərbaycan Prezidenti Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub. Prezident və birinci xanım “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar, Kəlbəcər rayon sakinləri ilə görüşüblər.

istisuistirahet-k

kelbecersakin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev San-Marino Respublikasının milli bayramı – Respublika Günü münasibətilə ölkənin Regent Kapitanları Alessandro Rossi və xanım Milena Qasperoniyə təbrik məktubu göndərib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Prezidentinə zəng edərək, növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb.

Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan paraatleti Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib. Paylaşımda bildirilib: “Ura! Növbəti qələbəmiz! Dördqat dünya çempionu Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!”

lamiyeveliyeva

Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Raman Saleyi “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması münasibətilə təbrik edib: “Raman Saleyin növbəti qələbəsi! Bürünc medal! İdmançımızın əldə etdiyi medallar məharətin, güclü iradənin və qələbə əzminin layiqli mükafatıdır! Paraüzgüçünü səmimi-qəlbdən təbrik edir, ona yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”

salay

Birinci vitse-prezident Azərbaycan paraüzgüçüsü Vəli İsrafilovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı da paylaşım edib: "Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr və nailiyyətlər arzulayıram!"

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfərə gedib.

italiya1

Dövlətimizin başçısı Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb.

italiya-eni

Prezident İlham Əliyevin Sercio Mattarella ilə birgə işçi naharı olub.

italiyanahar

Romada Azərbaycan Prezidentinin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib.

italiya-meloni

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.

italiya-sened

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İtaliyanın Lombardiya vilayətində yerləşən Komo gölündən paylaşım edib. “Komo gölündən salamlar! 05.09.2024”, - deyə paylaşımda qeyd olunub.

italiyapaylasim

Prezident və birinci xanım İtaliyanın paytaxtından Milan şəhərinə gediblər.

milan

Azərbaycan Prezidenti “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.

forum1

Prezident İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.

italiya-ansaldo

italiya-erebnazir

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu ünvanlayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının çempionu Lamiyə Vəliyeva ilə bağlı paylaşım edib. “Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal! Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!" – deyə paylaşımda qeyd olunub.

Mehriban Əliyeva Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Orxan Aslanovu da təbrik edib. Təbrikdə deyilir: “Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!”

orxanaskanov

Birinci vitse-prezident Azərbaycan paracüdoçusu İlham Zəkiyevlə bağlı paylaşım edib."Növbəti qələbəmiz! İlham Zəkiyev “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazandı! Gərgin əməyinə və qələbə əzminə görə paracüdoçumuza təşəkkür edirəm! Milli yığmamızın bütün üzvlərinə yeni qələbələr və nailiyyətlər arzulayıram!" – deyə paylaşımda bildirilib.

Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Raman Saleyi Olimpiadada növbəti medal qazanması ilə münasibətilə təbrik edib: "Raman Saleyin “Paris-2024” Yay Paralimpiya Oyunlarında 3-cü medalı! Bürünc mükafatçını təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərimizə təşəkkür edirəm! Hər bir idmançıya möhkəm cansağlığı, güc və yeni nailiyyətlər arzulayıram".

Dövlət başçısı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nl təsdiqləyib.

Məlum olduğu kimi, sentyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrə əsasən, parlamentdə 11 siyasi partiya təmsil olunacaq. Azərbaycandakı siyasi partiyalar seçkinin nəticələri ilə bağlı bəyanat yayıb. Seçkidə iştirak edən partiyalar seçkinin azad, demokratik şəkildə keçirildiyini, bütün namizədlərə bərabər şərait yaradıldığını vurğulayıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri ötən həftə də ordumuzun mövqelərini atəşə tutmaqda davam ediblər. Azərbaycan Ordusunun Kəlbəcər və Naxşıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ötən həftə keçmiş məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıdışı davam edib. Şuşaya qayıdan daha 27 ailəyə evlərinin açarları təqdim olunub.

Bundan başqa, 32 illik fasilədən sonra Şuşa şəhərində ilk toy mərasimi keçirilib. Vətən Müharibəsi qazisi Elmir Məmmədli ailə qurub.

toy3

Keçən həftə Parisdə keçirilən Yay Paralimpiya Oyunları başa çatıb. Azərbaycan Oyunları 28-ci sırada bitirib. 7 növdə 19 idmançı ilə yarışa qatılan ölkəmiz 4 qızıl, 2 gümüş və 5 bürünc medalı aktivinə yazdırıb.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.

Azərbaycanın gənc cüdoçuları isə Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qarışıq komanda yarışının qalibi olublar.

Finalda Fransa idmançılarını 4:3 hesabı ilə üstələyən komandamız tarixində ilk dəfə Avropa çempionatının qarışıq komanda yarışını qızıl medalla başa vurub.

Ümumilikdə cüdoçularımız bu yarışda 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında da birinci yeri tutub.