Close

168 saat – Parlament seçkiləri keçirildi; biri həbs olundu; digəri Prezidentin təzyiqi ilə üzləşdiyini açıqladı...

2024-cü ilin daha bir ayı başa çatdı. Avqustun sonuncu həftəsində (26 avqust – 1 sentyabr) ölkəmizdə xeyli önəmli hadisələr baş verdi. Bunlardan ən vacibi sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində səsvermənin başa çatması oldu.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhid övladları üçün Fond tərəfindən keçirilən əyləncə və istirahət proqramında iştirak ediblər.

I_xanim-2

Birinci vitse-prezident sosial şəbəkə hesablarında doğum gününü valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla keçirməsini əks etdirən görüntülər paylaşıb. Paylaşımda "26.08.2024" tarixi qeyd olunub.

Qeyd edək ki, 26 avqust Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür.

Birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər.

I_xanim-mescid

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Maya Sandunu Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan “LANDAU School” Təhsil Kompleksinin məktəbinin və “The Grand” apart hotelinin açılışı olub.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

seebrize

Mehriban Əliyeva sosial şəbəkə hesabında “Sea Breeze” istirahət mərkəzində LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışı ilə bağlı paylaşım edib.

Azərbaycan Prezidenti Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

bilalerdogan

Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan parataekvondoçusu Sabir Zeynalovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.

taek-paylasim1

Dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edərək, onu ad günü münasibətilə təbrik edib.

Prezident İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

tbmm

Dövlət başçısı “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında” Fərmana dəyişiklik edib.

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilovun Fransada keçirilən "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl, Azərbaycanın paraüzgüçüsü Raman Saleyin gümüş medal qazanması ilə bağlı paylaşım edib.

taekpaylasim3

uzgucu

Azərbaycan Prezidenti Qırğız Respublikasının Müstəqillik Günü münasibətilə qardaş ölkənin Prezidenti Sadır Japarova təbrik məktubu göndərib.

Dövlətimizin başçısı Özbəkistan Respublikasının Müstəqillik Günü münasibətilə daha bir qardaş ölkənin Prezidenti Şavkat Mirziyoyevi təbrik edib.

Prezident İlham Əliyev Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Azərbaycan lideri Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Slovakiya Prezidenti Peter Pelleqriniyə təbrik məktubu göndərib.

Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçi qəbul edib.

serbiya

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.

prezidentsesverme1

prezidentsesverme2

Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib.

prezidentsesverme3

Ötən həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfər edib, qardaş ölkədə həmkarı Hakan Fidanla görüşüb.

fidan

Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.

Rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, altıncı çağırış Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

zafer

Həmçinin Qırğız Respublikasının müstəqilliyinin 33-cü, Qara-Qırğız Muxtar Vilayətinin 100-cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib. Tədbirə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin (İB) təsisçisi və rəhbəri Leyla Əliyeva, dövlət və hökumət nümayəndələri, altıncı çağırış Milli Məclisin deputatları, ölkəmizdəki diplomatik korpusun təmsilçiləri və ictimaiyyət nümayəndələri qatılıblar.

qirqiz

Ötən həftə Milli Məclisə seçkilər keçirilib. Bununla əlaqədar avqustun 31-də Azərbaycanda “sükut günü” olub. Sentyabrın 1-də isə səsvermə keçiriilib.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

Səsvermə başa çatdıqdan sonra parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) ilkin nəticələri açıqlayıb. Seçkidə seçici fəallığı 37,27 faiz olub.

Həftə ərzində Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla yolları açmağa hazır olduğunu bəyan etsə də, qarşı tərəf yenə də Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub. Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə atəş açıb.

Ötən həftə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində güclü yanğın olub. Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

yan

Həftə ərzində müxtəlif beynəlxalq yarışlarda iştirak edən idmançılarımızdan xoş xəbərlər gəlib. Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən "Paris-2024" Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

Azərbaycan parataekvondoçuları İmaməddin Xəlilov Yay Paralimpiya Oyunlarında qızıl, Sabir Zeynalov bürünc medalın sahibi olublar.

Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilən dünya çempionatında böyük uğura imza atıblar. Yarışda Nihad Məmişov qızıl, Məhəmmədəli Hüsiyev və  Mehdi Abbasov isə mundialın bürünc mükafatına sahib çıxıblar.

"Qarabağ" futbol komandası isə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi ilə qarşılaşıb. İkinci oyunda da uduzaraq, qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "Qarabağ" yoluna Avropa Liqasında davam edəcək.

Həftə ərzində dünyanın əsas gündəmi “Telegram”ın yaradıcısı Pavel Durovun Fransada həbs olunması və daha sonra polis nəzarəti altında sərbəst buraxılması olub. Rusiya onun həbsinin siyasi olduğunu iddia etsə də, Fransa Prezidenti Emmanuel bununla razılaşmır.

Bu arada, “Meta”nın sahibi Mark Zukerberq ABŞ Prezidenti Cozef Bayden Administrasiyasının təzyiqi ilə üzləşdiyini açıqlayıb.