Close

168 saat – Qardaş ölkəyə səfər, tələbəlik həyatına ilk addım, sosial şəbəkə təsisçisinin müəmmalı həbsi…

2024-cü ilin avqust ayının növbəti həftəsi arxada qaldı. Həftə ərzində (19-25 avqust) ölkəmizdə və dünyada xeyli yaddaqalan hadisə baş verdi.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Azərbaycanda dövlət səfərində olan Rusiya Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidentini qarşılayıb.

putin-qars

Azərbaycan və Rusiya dövlət başçılarının məhdud və geniş tərkibdə görüşü keçirilib.

putin-mehdud

putin-genis

Prezidentlər İlham Əliyev və Vladimir Putinin iştirakı ilə Azərbaycanla Rusiya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi təşkil olunub.

İki ölkəninin liderləri mətbuata bəyanatlarla çıxış ediblər.

putin-metbuat

Dövlət başçıları “Bakı Ağ Şəhər”də və Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar.

putin-aqseher putin-kilse

“Gülüstan” sarayında Azərbaycan Prezidentinin adından Putinin şərəfinə dövlət ziyafəti verilib.

putin-ziyafet

Mətbuat Şurasının sədri Rəşad Museyib oğlu Məcidov (Məcid) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan vətəndaşlarının oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında da sərəncam verib.

Azərbaycan Prezidentinin digər sərəncamları ilə Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları, Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif ediliblər.

Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib. İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

oz-1

Dövlətimizin başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

oz-abide

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar.

oz-baral

Azərbaycan Prezidentinin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi keçirilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısını qarşılayıb.

oz-qarsilama

Daşkənddə iki dövlət başçısının məhdud tərkibdə görüşü olub.

oz-mehdud

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.

oz-sura

Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

oz-sened

Mərasimdən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

oz-beynat

Prezidenti İlham Əliyev və Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşüb.

oz-xanimlar

Birinci xanımlar Daşkənddə “Mexrli” məktəbi ilə tanış olublar.

oz-mekteb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub, Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.

oz-sergi

Daşkənddə Azərbaycan və Özbəkistan incəsənət ustalarının birgə qala konserti olub. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida Mirziyoyeva konsertdə iştirak ediblər.

oz-kon

Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın adından Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.

oz-z

Azərbaycan Prezidentinin qardaş ölkəyə dövlət səfəri başa çatıb.

oz-son

Prezident İlham Əliyev Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Volodimir Zelenskiyə təbrik məkubu ünvanlayıb.

Həftə ərzində ölkəmizdə səfərdə olan Vladimir Putin Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət edib.

Ötən həftə Azərbaycan rəsmi olaraq BRICS-ə üzvlük üçün müraciət ünvanlayıb.

Sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə bir həftədən az vaxt qalıb. Seçkiləri müşahidə etmək üçün 7100 nəfər MSK-da qeydə alınıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri vəzifəsinə yeni təyin olunmuş Seyid Abbas Araqçı arasında telefon danışığı baş tutub.

Ötən həftə Qazaxıstanda Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təlim keçirilib. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev təlimləri izləmək üçün qardaş ölkədə səfərdə olub.

telim

Ötən həftə ali təhsil müəssisələrinə tələbə qəbulu prosesinin son mərhələsi başa çatıb. İxtisas seçimi yekunlaşıb və universitetlərə yerləşdirmənin nəticələri açıqlanıb. Beləliklə, abituriyentlərin aylarla davam edən həyəcanı başa çatıb. Onlar ali təhsilin ilk mərhələsinə qədəm qoyublar.

Həftə ərzində Oğuz-Qəbələ-Bakı su kəmərində yaranan problemlə əlaqədar paytaxta suyun verilməsində uzunmüddətli fasilələr olub. Aparılan təmir-bərpa işlərindən sonra reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulması başa çatdırılıb. Şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilib.

Ötən həftə Azərbaycan mətbuatına ağır itki üz verib. Əməkdar jurnalisti Nair Əliyev uzun sürən xəstəlikdən sonra 50 yaşında vəfat edib.

Bundan başqa, Bakı Dövlət Universitetinin müəllimi, professor, Cümhiriyyət tarixinin araşdırmaçısı, deputatlığa namizəd Nəsiman Yaqublu keçirdiyi yol qəzasında həyatını itirib.

Ötən il oktyabrın 7-də başlayan İsrail-HƏMAS savaşı ötən həftə də davam edib. Livandan İsrail ərazisinə 180-dən çox raket və pilotsuz uçuş aparatı (PUA) atılıb, nəticədə bir israilli yaralanıb. Raket və PUA-ların əksəriyyəti İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

İsrail Hərbi Hava Qüvvələri isə Livanın cənubundakı Şıxin bölgəsində "Hizbullah" hərəkatının raket qüvvələrinə hücum edib.

Ötən həftə İranda Prezident İbrahim Rəisinin öldüyü helikopter qəzası ilə bağlı istintaq başa çatıb. Rəisinin hər hansı kənar müdaxilə olmadan, qəza nəticəsində öldüyü təsdiqlənib.

Ölkənin yeni Prezidenti Məsud Pezeşkian isə Şina Ənsarini vitse-prezident təyin edib.

"Telegram" messencerinin təsisçisi Pavel Durov Fransada saxlanılıb. Durova terrorçuluq, narkotik qaçaqmalçılığı, dələduzluq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsi kimi ittihamların irəli sürülməsi gözlənilir.

durov

Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.