Close

168 saat – Astanada vacib görüş, sülhə doğru daha bir addım, vitse-prezidentin müəmmalı istefası…

Avqust ayının daha bir həftəsi arxada qaldı. Ötən həftə (5-11 avqust) ölkəmizdə və dünyada xeyli yaddaqalan hadisə baş verdi.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Prezident İlham Əliyev paytaxtın Xətai rayonu ərazisində “Cavanşir” körpüsünün yerində inşa olunmuş şəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışında iştirak edib.

c-k-acilis

Dövlət başçısı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Prezidentin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Prezident İlham Əliyev Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteycin, Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin, Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnamələrini qəbul edib.

avst-sefir bsfaso-sefir pak-sefir

Azərbaycan Prezidenti Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.

soyqu

Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycanda Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında sərəncam verib. Şuranın sədri Azərbaycan Respublikasının ədliyyə naziridir.

Prezident deputat Rafael Baba oğlu Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Azərbaycan Prezidenti Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin vəfatı ilə əlaqədar doğmalarına və yaxınlarına başsağlığı verib.

Birinci vitse-prezident Mehriban Əliyeva Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovla bağlı paylaşım edib. Paylaşımda deyilir: “Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!”

qasim-paylasim

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana səfər edib.

qazax-sefer1

Dövlətimizin başçısı Astana şəhərində “Вечер дружбы” adlı qala konsertinə, dövlət başçılarının qeyri-rəsmi şam yeməyinə qatılıb.

qazax-konsert

Prezident İlham Əliyev Astanada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə "Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanı"nın təntənəli təqdim edilməsi mərasimində iştirak edib.

qazax-savkat

Azərbaycan lideri Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak və çıxış edib.

qazax-tedbir tedbir

Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adından dövlət başçılarının şərəfinə rəsmi qəbul verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan Prezidentinin Qazaxıstana səfəri başa çatıb.

qazax-son

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürünc medal mükafatı qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovu təbrik edib. Birinci vitse-prezident sosial şəbəkədə yazıb: "Ura! Növbəti qələbəmiz! Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!"

hesret-paylasim

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Paris Yay Olimpiya Oyunlarında gümüş medal qazanan boksçu Alfonso Dominqes barədə də paylaşım edib. Paylaşımda deyilir: “Boksçu – gümüş medal sahibi Alfonso Dominqesi səmimi-qəlbdən təbrik edirəm! Azərbaycanı Paris Yay Olimpiya Oyunlarında layiqincə təmsil edən idmançımıza güc, enerji, yeni qələbələr və nailiyyətlər arzulayıram!”

alfonso

Azərbaycan Prezidenti Ekvador Respublikasının Prezidenti Daniel Noboa Azini ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.

Prezident İlham Əliyev 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib: “Əhsən! Sizinlə fəxr edirəm!
Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinzə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!"

gimnast

Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürüncü medal mükafatı qazanmış Azərbaycan sərbəst güləşçisi Giorgi Meşvildişvilini təbrik edib. Birinci xanım sosial şəbəkədə yazıb: "Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Paris Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr, nailiyyətlər arzulayıram!"

gules-paylasim

Birinci vitse-prezident Mehriban Əliyeva həmçinin Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürüncü medal mükafatı qazanmış Azərbaycan sərbəst güləşçisi Maqomedxan Maqomedovu təbrik edib. Birinci vitse-prezident sosial şəbəkədə yazıb: "Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedovu bürünc medal qazanması münasibətilə təbrik edirəm! İdmançımıza yeni qələbələr və nailiyyətlər arzulayıram!"

maq

Ötən həftə Azərbaycan Xarici İşlər Nazirliyi İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını zəruri olmadığı təqdirdə İsrail Dövlətinə səfər etməməyə çağırıb.

Azərbaycan və Ermənistan Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib.

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə təbliğat-təşviqat mərhələsi başlayıb.

Həftə ərzində Mərkəzi Seçki Komissiyasının saytında deputatlığa namizədliyi qeydə alınmış şəxslərin siyahısı və namizədlərin seçicilərlə görüşməsi üçün açıq və qapalı yerlərin siyahısı yerləşdirilib. Parlament seçkiləri ilə əlaqədar 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınanlardan 308 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş bütün şəxslər qeydə alınıb.

YAP-ın Mərkəzi Aparatında seçkilərdə YAP tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin və partiyanın yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

yap

Hakim partiya seçkilərdə siyasi partiyalar üçün nəzərdə tutulmuş ödənişsiz efir vaxtından imtina edib.

Ötən həftə ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. İxtisas seçimi bütün ixtisas qrupları üzrə 2024-cü il avqustun 9-dan 19-dək internet vasitəsilə aparılır.

Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva uzun sürən xəstəlikdən sonra ötən həftə dünyasını dəyişib. 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırımı zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. O, əsirlikdən sonra “Erməni zindanında səkkiz gün” kitabını yazıb.

durdanee

Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub. 100-dən çox insan zəhərlənmə diaqnozu ilə xəstəxanalara müraciət edib.

İki il yarımdır, davam edən Rusiya-Ukrayna savaşında gərginlik daha da artıb. Həftə ərzində Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə hücum edərək, mühüm strateji əraziləri ələ keçirib. Hücum zamanı Rusiya ordusunun yüzlərlə hərbçisi əsir götürülüb.

ukr

İranda isə avqustun 1-də İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilən sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif yeni vəzifəsindən istefa verib.

Həftə ərzində idman sahəsində önəmli hadisələr baş verib. Daha çox qalmaqalları, yarıtmaz təşkilatçılığı ilə yadda qalan Paris-2024 Yay Olimpiya Oyunları başa çatıb. 

Ümumilikdə, yarışda iştirak edən 48 idmançımızdan 7-si Vətənə medalla dönüb. Onlardan 2-si qızıl, 2-si gümüş, 3-ü bürünc medaldır. Bu nəticə ilə Azərbaycan Yay Olimpiya Oyunlarını 30-31-ci pillələrdə başa vurmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarında isə "Qarabağ" futbol komandası Bolqarıstanın "Ludoqorets" klubu ilə qarşılaşıb. Oyunda “Qarabağ” 1:2 hesabı ilə məğlub olub.