Close

168 saat – Astanada ŞƏT, Şuşada TDT Zirvəsi keçirildi, İranda Prezident seçildi…

İyulun ilk həftəsi arxada qaldı. Ötən həftə (1-7 iyul) Azərbaycan Prezidenti İlham Əliyev Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına qatıldı, Şuşada Türk Dövlətləri Təşkilatının (TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi, İranda prezident seçkiləri başa çatdı.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında son 7 gündə Azərbaycanda və dünyada baş verən önəmli hadisələrə nəzər salacağıq.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovun, Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun, Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnamələrini qəbul edib.

kirgizsefir

kanadasefir

filippinsefir

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Prezident İlham Əliyev imzaladığı sərəncama əsasən, Bəşir Qüdrət oğlu Hacıyev bu vəzifəyə təyin olunub.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiqləyib.

Dövlətimizin başçısı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

tanker1

Ramil Kamil oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamları ilə İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, Elçin Raqub oğlu Bəşirov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”ni, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiqləyib.

Prezident İlham Əliyev "Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik" sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında qanunu təsdiq edib. Qanuna əsasən, sazişin yerli tərəfdaşı dəyişib, nazirlik "AzerGold" QSC ilə əvəzlənib.

Azərbaycan Prezidenti İlham Əliyev Belarusun lideri Aleksandr Lukaşenkonu bu ölkənin dövlət bayramı olan Müstəqillik Günü münasibətilə təbrik edib.

Dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Astanaya səfərə gedib.

astana1

Astanada imzalanmış “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk-Kazına” Milli Rifah Fondu” Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi”nin Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə mübadiləsi mərasimi olub.

astanasened

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə Astanada görüşü keçirilib.

astanaputin

Astanada həmçinin, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü də olub. Dövlətimizin başçısı görüşdə Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini vurğulayıb.

Si Cinpin Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Ekstremizmə və separatizmə qarşı mübarizədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyü xüsusi qeyd olunub. Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi vurğulanıb.

Si Cinpin Azərbaycan Prezidentini ŞƏT-in Çində keçiriləcək Zirvə toplantısına, eyni zamanda, bu əsnada Çinə dövlət səfərinə dəvət edib.

astanasicinpin

ŞƏT-in Zirvə toplantısında iştirak edən nümayəndə heyətlərinin başçılarının şərəfinə Qazaxıstan Prezidenti adından qeyri-rəsmi şam yeməyi verilib. Azərbaycan Prezidenti tədbirdə iştirak edib.

Dövlətimizin başçısı “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib. Kasım-Jomart Tokayev dövlətimizin başçısını qarşılayıb.

astanasaray

Azərbaycan Prezidenti “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak və çıxış edib. Prezident İlham Əliyev ŞƏT-ə üzv ölkələrin liderlərini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

astanaset2

Dövlətimizin başçısı ŞƏT Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətə qatılıb.

Azərbaycan liderinin Qazaxıstana səfəri başa çatıb.

astana2

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə 4 İyul – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı Xocalı Hava Limanında olub.

xocali

Prezident Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub, Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace” hotellərinin açılışına qatılıb, Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.

qarabaqun

qarabaqhotel

xankendipalas

Azərbaycan Prezidenti Şuşada “İsa bulağı” istirahət kompleksinin, Şuşa sutəmizləyici qurğular kompleksinin, Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.

isabulaqi

susasu

govheraga

Dövlətimizin başçısı Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışını edib.

susaxidmet

Azərbaycan Prezidenti Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

tdtbaskatib

tatar

fidan

Prezident İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər.

prezidentler

prezidentler1

Şuşada üç dövlətin başçısının qeyri-rəsmi naharı olub.

susanahar1

Azərbaycan Prezidenti Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edib.

Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm!

Yaşasın Türk dünyası!”, - deyə Prezident “X”də yazıb.

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə Kir Starmerə təbrik ünvanlayıb.

Azərbaycan Prezidenti İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı təbrik edib, onu Azərbaycana səfərə dəvət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.

Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

zirve1

Tədbirdə çıxış edən Azərbaycan lideri bildirib ki, TDT dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir”.

Qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub.

susabeyan

Şuşada Azərbaycan Prezidenti adından TDT dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.

zirvenahar

Həftə ərzində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası, Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyası işçi qaydada Əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr aparıb.

Pakistan səfiri Bilal Hayeenin Azərbaycandakı diplomatik missiyası başa çatıb. Bilal Hayee Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla vidalaşıb.

pakistan

Ötən həftə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. İclasda Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar partiyanın Tədbirlər Planı təsdiq edilib, Mərkəzi Seçki Qərargahı yaradılıb.

Həmçinin YAP-ın səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub. YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və İdarə Heyətinin üzvü Arif Rəhimzadə səlahiyyətli nümayəndələr, Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi təyin edilib.

yapsecki

Həftə ərzində Mərkəzi Seçki Komissiyasında (MSK) YAP, REAL, Ağ və Vətəndaş Həmrəyliyi, Ümid, Böyük Qurtuluş, Demokratik İslahatlar, Ana Vətən və digər partiyaların növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələri qeydə alınıb.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Ali Məclisinin iclası keçirilib və seçkidə iştirak barədə qərar qəbul edilib.

ehd

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

tdtxin

Ötən həftə BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib.

İsrail tərəfi son aylarda Qəzza zolağında saxlanılan 55 fələstinlini azad edib.

Macarıstanın Baş naziri Viktor Orban 2012-ci ildən sonra ilk dəfə Kiyevə gedib.

Böyük Britaniyanın Baş naziri Rişi Sunak istefa verib, ölkənin yeni Baş naziri Kir Starmer olub.

İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb. Məsud Pezeşkian səslərin 55 faizindən çoxunu toplayaraq, qalib olub.

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı davam edir. Həftə ərzində keçirilən oyunlarda yarımfinalçılar müəyyənləşib. İspaniya, Fransa, İngiltərə və Niderland yarımfinal mərhələsində yarışacaq.

UEFA Türkiyə miillisinin futbolçusu Merih Demirala göstərdiyi “Bozqurd” işarəsinə görə 2 oyunluq cəza verib.merih

Azərbaycanın bədii gimnastika üzrə böyüklərdən ibarət millisinin üzvləri İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib, çoxnövçülük proqramında ən yüksək nəticəyə nail oub və qızıl medal qazanıblar.