Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

168 saat – Bakıda nüfuzlu beynəlxalq tədbir keçirildi, NATO-nun Baş katibi Azərbayacana gəldi…

Ötən həftə Azərbaycanda və dünyada bir sıra yaddaqalan hadisələr baş verdi. Martın 11-də müsəlman dünyasının müqəddəs Ramazan ayı başladı. Nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməyi ənənə halına gətirmiş ölkəmizdə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirildi.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin (11 - 17 mart) önəmli hadisələrinə nəzər salacağıq.

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib. Paylaşımda deyilir: "Qoy, mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!"

ramazan

Ötən həftə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərinə gəlib.

Martın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü olub.

tokayev-qarsilam

tokayev-tek

Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.

tokayev-imz

tokayev-sura

İki qardaş dövlətin prezidentləri Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər, mətbuata bəyanatlarla çıxış ediblər.

tokayev-qatar

tokayev-beyanat

 “Gülüstan” sarayında Azərbaycan Prezidenti adından Qazaxıstan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib.

tokayev-ziyaafer

Martın 12-də dövlət başçıları Füzuli şəhərinin Baş planı ilə tanış olublar, Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər, orada inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar.

tokayev-basplan

tokayevacilis

Prezident İlham Əliyev və Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər.

tokayev-susa

Ötən həftə polkovnik Elçin Əli oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının daha bir sərəncamına əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Azərbaycan Prezidenti Vahid Rasim oğlu Hacıyevin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, Məsim Əhməd oğlu Məmmədovun Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Tacqoyma Günü münasibətilə Roma Papası Fransisk Həzrətlərinə, Pakistan İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə Asif Əli Zərdariyə təbrik məktubları göndərib.

Azərbaycan Prezidenti martın 13-də BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini, Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.

17103270864986855248_1200x630

1710335930422122124_1200x630

17103333113896459734_1200x630_1

qebul-bmt

yildirim

Prezidenti İlham Əliyev martın 14-də BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi, Albaniya Respublikasının Prezidenti Bayram Beqayı, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib.

beqay

qebul-bosn

“Gülüstan” sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilib. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Tədbirdə çıxış edən dövlət başçısı bir çox mövzu ilə bağlı önəmli mesajlar verib: “Qeyd etdiyim kimi, ötən görüşümüzdən bu yana dünyada, eləcə də regionumuzda çox hadisələr baş verib. Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, zənnimcə, onların daha geniş fəsadları var. Çünki bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir ki, fikrimcə həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək.

Uzun illər ərzində biz münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi.

İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq.

Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.

forum2

Azərbaycan Prezidenti martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini, Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi, BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştayneri qəbul edib.

qebul-isr

17104851834115160824_1200x630

qebul-bmt78

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden Prezident İlham Əliyevi Novruz Bayramı münasibətilə təbrik edib.

Martın 16-da Azərbaycan Prezidenti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

tebib

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü, nahar əsnasında geniş tərkibdə görüşü keçirilib.

gur-tek

gur-gen

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər.

gur-beyanat

Martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə təkbətək görüşü olub. Dövlət başçısı və və NATO-nun Baş katibi mətbuata bəyanatla çıxış ediblər.

s1

s5

Ötən həftə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri Faiq Quliyev və Aşot Smbatyanla görüşüb. Baş nazir onlarla strateji tərəfdaşlıq, ölkələr arasında sıx dostluq münasibətlərindən, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyindən də danışıb.

Azərbaycana qərəzli mövqeyindən əl çəkməyən Avropa Parlamenti ölkəmizə qarşı daha bir əsassız qətnamə qəbul edib. “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qərəzli olmaqla yanaşı, ölkəmizə qarşı növbəti ikili standartların bariz nümunəsidir.

Ötən həftə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Ermənistan-Türkiyə münibətləri, Zəngəzur dəhlizi ilə bağlı önəmli fikirlər səsləndirib: “Bu dəhliz Türk Dövlətləri Təşkilatı, Türk dövlətləri üçün önəmlidir. Ermənistan Qarabağ məsələsinin həllindən sonra bu fürsətə sahibdir. Azərbaycanla, Türkiyə ilə sərhədlərin açılması, Zəngəzur dəhlizinin açılması lazımdır. Ermənistanın Konstitusiyası dəyişməli, gerbindəki Ağrı dağı aradan qaldırılmalıdır”.

Həftə ərzində Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib. Görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Hakan Fidan və Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili iştirak edib.

ucterf

XİN başçılarının 9-cu üçtərəfli görüşünün Türkiyədə olmasına qərar verilib.

Ötən həftə Nazirlər Kabinetinin 2023-cü il üçün illik hesabatı Milli Məclisə təqdim edilib. Hesabatı müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Həftənin maraqlı hadisələrindən biri də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) növbədənkənar VII Qurultayı olub. Qurultayda partiyanın adının dəyişdirilərək Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası adlandırılması məsələsi müzakirə olunub və partiyanın adının dəyişdirilməsinə qərar verilib.

bxcp

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-nə qədər uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əli Əsədov Milli Məclisdəki çıxışı zamanı quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamağın düzgün olmadığını deyib.

Həftə ərzində məktəblərdə təxribat törədiləcəyi ilə bağlı məlumat yayılıb. Aidiyyəti qurumlar açıqlama yayaraq, məsələnin nəzarətdə saxlandığını bəyan edib.

Ötən həftə Bakıda Beynəxalq Su Təsərrüfat Sərgi və Konfransı - "Baku Water Week" sərgisi keçirilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov tədbirdəki çıxışında su probleminə bir daha diqqət çəkib: “Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə quraqlıqdan və su azlığından məhv olub. Dünyada baş verən iqlim dəyişiklikləri Azərbaycandan da yan keçmir”.

Nazirlər Kabineti Naxçıvan Beynəlxalq Hava Limanının “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməsinə dair qərar verib.

Həftə ərzində Azərbaycan elminə ağır itki üz verib. Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı vəfat edib.

Azərbaycan əhalisinin sayı açıqlanıb. Ölkə əhalisinin sayı ilin əvvəlindən 2891 nəfər və ya 0,03 faiz artaraq 2024-cü il fevral ayının 1-i vəziyyətinə 10183661 nəfərə çatıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib. Birliyin baş direktoru vəzifəsinə Azər Məmmədov gətirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun martın 15-də Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüş vaxtı dəyişdirilib. Nazirin Naxçıvandakı vətəndaş qəbulunun hansı səbəbə görə dəyişdirildiyi bilinmir.

Ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatların yayımlanması, bunun vətəndaşlarımız arasında narahatlığa səbəb olması barədə məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar bir nəfər qanuna müvafiq qaydada istintaqa cəlb edilib.

DTX tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Qəbələdə girov saxlanılan Pakistan vətəndaşı azad edilib. Onu girov götürən Pakistan vətəndaşları saxlanılıb.

Martın 13-də işğaldan azad olunan əraziyə ezam olunan iki polis əməkdaşı xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olub.

Ötən həftə şair, publisist, jurnalist Zeynal Vəfa, tanınmış müğənni, Əməkdar artist Sahibə Əhmədova vəfat edib.

Həmçinin “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı təqdim olunub. Mahnının müəllifi bu il ölkəmizi “Avroviziya”da təmsil edəcək Fəxri İsmayılovdır (Fahree). İfanın muğam hissəsini digər təmsilçimiz İlkin Dövlətov ifa edib.

Fotoavro

Ötən həftə İranda çərşənbə günləri ilə əlaqədar əhali tərəfindən təşkil edilən şənliklərdə 26 nəfər ölüb, yüzlərlə şəxs yaralanıb.

iran_novruz_150323_2

Ermənistanın Baş naziri Nikol Paşinyan avqust ayında Rusiya sərhədçilərinin İrəvandakı "Zvartnots" aeroportunu tərk edəcəyini bəyan edib.

Rusiya Prezidenti Vladimir Putin isə "Rossiya 1" telekanalına və "RİA Novosti"yə müsahibəsində Ukrayna ilə danışıqlara hazır olduqlarını bildirib: “Amma bu danışıqlar reallıqlara əsaslanmalıdır”.

Vladimir Putin prezident seçkilərində onlayn səs verib.

Yeri gəlmişkən, Rusiyadakı səsvermə zamanı bir çox seçki məntəqəsinə hücum edilib. Bəzi seçicilər seçki qutusuna boya töküblər. Bəzi seçki məntəqələrinə molotov kokteyli atılıb. Vahid Rusiya Partiyasının bir çox qərargahı və elektron xidmətləri də kiberhücuma məruz qalıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Təhlükəsizlik Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İraqa səfər ediblər. Onlar Bağdadda keçirilən Təhlükəsizlik Sammitinə qatılıblar.

iraq

Futbol tariximizdə böyük uğurlara imza atan "Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırıb. Komanda 1/8 final mərhələsinin cavab matçında "Bayer 04"ə uduzub - 2:3.