Close

168 saat – Bakıda vacib görüşlər, xilas edilən əsgərimiz, dinlərarası harmoniya…

Ötən həftə Azərbaycanda və dünyada bir sıra yaddaqalan hadisələr baş verdi.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin (4 - 10 mart) önəmli hadisələrinə nəzər salacağıq.

Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.

bolqar

Dövlətimizin başçısı Məhəmməd Şahbaz Şərifə Pakistan İslam Respublikasının Baş naziri seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Prezident İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Ötən həftə Azər Nəriman oğlu Xəlilov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı rəsmi "Instagram" hesabında paylaşım edib. Paylaşımda deyilir: "Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! Od çərşənbəniz mübarək!"

od

Martın 6-da Prezident İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.

qebul-rusiya1

Ötən həftə “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dövlət başçısının imzaladığı sərəncamlarla Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Təbrikdə deyilir ki, Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləyib, ana haqqını uca tutub: “Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər”.

Prezident İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım ediblər.

paylasim-8mart

paylasim-8-1

Dövlət başçısı “Dövlət elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda bir ay müddətində elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri müəyyən ediləcək.

Prezident İlham Əliyev "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib.

Ötən həftə Azərbaycan-Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində danışıqlar, görüşlər davam etdirilib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesi ilə bağlı açıqlama verib. O, tərəflər arasında bir sıra problemlərin olduğunu, lakin bunlardan bəziləri üzrə Azərbaycanla razılıq əldə edildiyini diqqətə çatdırıb: “Hazırda həqiqətən sülhün əldə edilməsi üçün imkanımız var”.

Martın 7-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib. Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.

Həftə ərzində Baş nazirin müavini Şahin Mustafayevin xidməti proseslərin gedişatı ilə bağlı məlumat yayıb. Bildirilib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndi (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.

Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.

Laçında əlverişsiz hava şəraitində azaraq Ermənistana keçən Azərbaycan hərbçisi Ruslan Pənaov ötən həftə Bakıya gətirilib.

Ruslan Pənahov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib: “Bilirdim ki, məni əsirlikdən xilas edəcək".

esger

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları isə Azərbaycanda həbsdə olan erməniəsilli şəxslərə yenidən baş çəkiblər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb.

65e845756c87f65e845756c880170972094965e845756c87d65e845756c87e

gurak

t-bayrak

Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini Hikmət Mirzəyevin isə  Türkiyənin Quru Qoşunlarının komandanı, ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşü olub.

hh

Ötən həftə Milli Məclisdə “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi” müzakirəyə çıxarılıb. Məruzə səsverməyə çıxarılaraq qəbul edilib.

Keçən həftə mənşəyi məlum olmayan, insan sağlamlığı üçün təhlükəli olan ət məhsullarının kütləvi tədarükünü təşkil edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Hüseynov Orxan Cabbar oğlunun Bərdə rayonunda həyətyanı sahəsində kəsim-tədarük məntəqəsi yaratması müəyyənləşib. Araşdırmalar və aşkarlanan heyvan qalıqlarının, ət nümunələrinin analizləri nəticəsində satışa hazırlanan məhsulların at və ulaq cəsədlərindən ibarət olması müəyyən edilib, 2 tondan çox at və ulaq əti aşkarlanıb.

Sabiq deputat Hüseyn Abdullayev barəsində yeni cinayət işi başlanılıb. O, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılma) maddəsi ilə ittiham olunur.

Həftə ərzində Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə çatdırılıb. Heykəl götürülərkən üzərindəki örtük açılıb və müəyyən olunub ki, üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb).

natavan

Yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri də ötən həftə müəyyənləşib. Bu vəzifəyə Xalq artisti Rasim Balayev layiq görülüb.

Azərbaycan futbolunda tarix yazmağa davam edən "Qarabağ" komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.  Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib, qarşılaşma heç-heçə başa çatıb - 2:2. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Mart ayının 11-də müqəddəs Ramazan ayı başlayacaq. Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə bağlı fətva verib.

Martın 8-də Bakıda unikal bir tədbir təşkil olunub. Tolerantlığı ilə dünyada nümunə kimi göstərilən Azərbaycanda müxtəlif dinlərin təmsilçilərinin iştirakı ilə “Dinlərarası harmoniya” festivalı keçirilib.

din

Həftə ərzində sosial şəbəkələr - "Facebook" və "Instagram"da problem yaranıb, istifadəçilər bir neçə saat hesablarına daxil ola bilməyiblər. Honq-Konq provayderi "HGC Global Communications Limited" qlobal problemlə bağlı açıqlama yayıb. Bildirilib ki, problem Qırmızı dənizdə kabellərin zədələnməsi səbəbindən baş verib. Kabellərə hücum Yəmənin husi qruplaşması tərəfindən törədilib.

Rusiya-Ermənistan münasibətlərində yaranan gərginlik getdikgə artır. Ötən həftə Ermənistan Rusiya sərhədçilərinin "Zvartnots" hava limanından çıxarılması üçün Rusiya Federasiyasına rəsmi məktub göndərib.

Ukraynda isə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ciddi təlükə ilə üzləşib. Kiriakos Mitsotakis və Ukrayna Prezidenti Volodimir Zelenski Odessa şəhərinə səfər edərkən Rusiya qüvvələri şəhərə raket zərbəsi endirib. Onlar avtomobil karvanına endirilən zərbələrdən yayına biliblər və sağ qalıblar.

Zelenski həftə ərzində Türkiyəyə səfər edib, İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla bir araya gəlib.

zel