Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

168 saat – Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi, nazirlər Berlində görüşdü…

Ötən həftə Azərbaycanda və dünyada bir sıra yaddaqalan hadisələr baş verib.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin (26 fevral-3 mart) önəmli hadisələrinə nəzər salacağıq.

Fevralın 26-da dünya tarixində insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən sayılan Xocalı soyqırımının 32-ci ili tamam oldu. Faciənin törədildiyi 32 ildən sonra ilk dəfə soyqırımı qurbanları Azərbaycanın hər yerində, o cümlədən Xocalıda da yad edilib.

Azərbaycan Prezidenti İlham Əliyev "X" hesabında, Birinci vitse-prezident Mehriban Əliyeva "Instagram" səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.

x-paylasim1

xocali-pay2

Fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

xocali-ict

Dövlətimizin başısı bildirib ki, ilk dəfədir, Xocalı soyqırımı gününü Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik: “Bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq Memorial Kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün Memorial Kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir”.

Dövlət başçısı fevralın 26-da saat 17.00-da Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.

yadetme2

Prezident İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib, onu yubileyi münasibətilə təbrik edib.

Fevralın 27-də Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edib.

hecc

Prezident İlham Əliyev Fərid Turab oğlu Əhmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Fevralın 28-də isə Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

qebul-alman

Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Dövlət başçısı Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoku təbrik edib.

Prezident İlham Əliyev Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 8,1 milyon (səkkiz milyon yüz min) manat ayrılıb.

Dövlət başçısıə Azərbaycanda Enerji effektivliyi fondunun yaradılması haqında fərman imzalayıb.

Həftə ərzində İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu, Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Azərbaycan Prezidenti martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonu qəbul edib.

italiya

Prezidenti İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxış edib.

cenub

Azərbaycan Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək və geniş tərkibdə görüşü olub.

tek1

genis

Dövlət başçısı “Euronews” televiziyasına müsahibə verib.

euro

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

x-abide

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

dtx

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 2023-cü il üzrə məruzəni ötən həftə Azərbaycan Prezidentinə təqdim edib.

Fevralın 28-29-da Berlində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçirilib. Səfər çərçivəsində nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər.

xin-al

xin-al1

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə fevralın 29-da Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edib.

Azərbaycanın nümayəndə heyəti III Antalya Diplomatiya Forumuna (ADF) qatılıb. Tahir Budaqov Forumun yüksək səviyyəli iştirakçılarının şərəfinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın adından verilən rəsmi ziyafətdə də iştirak edib.

yap

Naxçıvan Muxtar Respublikasında bir sıra vəzifələrə təyinatlar olub. Ali Məclis sədrinin müavini Anar İbrahimovun sərəncamlarına əsasən, Anar İbrahimov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin edilib, xidmətə rəis təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub. Müslüm Cabbarzadə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini təyin edilib, xidmətə rəis təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub. Seymur Cəfərov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini təyin edilib. Xidmətə rəis təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub.

Ötən həftə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Azərbaycanın su ehtiyatlarının xeyli azaldığını açıqlayıb. O, içməli su və kanalizasiya sistemləri ilə bağlı problemin aradan qaldırılması üçün 20 milyard manat vəsait tələb olduğunu diqqətə çatdırıb.

Həftə ərzində Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarının abadlaşdırılmasına başlanılıb.

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

herb

Ermənistanda Azərbaycan Ordusunun hərbçisinə qarşı uydurma ittihamlarla cinayət işi açılıb. Əsgərimiz təxribata cəhd, qanunsuz silah-sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd maddələri ilə ittiham edilir.

İşğaldan azad edilmiş ərazilərə qayıdış davam edir. Laçın şəhərinə və Zabux kəndinə köçən ailələrə evlərinin açarları təqdim olunub.

Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina partlayışı baş verib. Rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində mina partlayışı nətisində hər iki ayağından xəsarət alıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin üzərində işin bu il başa çatdırıla biləcəyini deyib.

Ötən həftə Türkiyə və Ermənistanın xarici işlər nazirləri Hakan Fidanla Ararat Mirzoyan görüşüblər. Görüş zamanı ölkələr arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.