Close

168 saat – Xankəndidə futbol, şəhid övladları ilə selfi, siyasilərin seçki marafonu…

Ötən həftə (18-24 dekabr) Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq hadisələrlə yadda qaldı.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftəyə nəzər salacağıq.

Ölkədə quruculuq işləri yüksək səviyyədə davam edir.

Ötən həhtə Prezident İlham Əliyev Bakı şəhərinin Nizami, Sabunçu rayonlarında, Astarada avtomobil yolunun əsaslı təmiri ilə bağlı sərəncamlar imzalayıb.

Dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.

cevdety

Həmin gün dövlətimizin başçısı Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər. Dövlət başçısı və birinci xanım Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.

xocali-xocavend

cinar 

susakend

Azərbaycan Prezidenti dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində və Qarabağ küçəsində aparılan tikinti işləri, “Aşağı Gövhər Ağa” məscidində aparılan bərpa və Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub.

susa23

qar_k

asaqigov

dasalti 

Dövlət başçısı həmin gün Xocalı rayonunun Dağdağan kəndinə də gedib.

daqdaqan

Dekabrın 21-də xalqımız tarixi hadisəyə şahidlik edib. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər. Oyundan əvvəl çıxış edən dövlət başçısı Xankəndi şəhərinin 3 ay əvvəl işğaldan azad edildiyini xatırladıb: “Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

Biz - bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.

Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!”

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oyunu şəhid övladları ilə birlikdə izləyiblər. Azərbaycan Prezidenti və birinci xanım şəhid ailələri, qazilərlə görüşüblər, şəkil şəkdiriblər.

sehi2

sehid4

sehi2

sehid1 

qazi

sehid 

Dövlətimizin başçısı topa ilk zərbəni vuraraq oyunu başladıb.

170317682454405817_1200x630

Həmin gün Prezident İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb. İdman ictimaiyyətinin 29 nümayəndəsinə mənzil hədiyyə edilib.

idman

Azərbaycan Prezidenti dekabrın 22-də Şuşa rayonunun Turşsu qəsəbəsində, Şuşa rayonundakı “Turşsu” və “Saxsı” bulaqlarında olub.

tursuqesebe

tursubulaq  

Həmin gün dövlətimizin başçısı Xocalı rayonunun Naxçıvanlı, Xocalı, Xanabad və Pirlər kəndinə baş çəkib.

xanabad

pircamal

pirler

nax 

Dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Qarabağ fatehi İlham Əliyevin doğum günüdür. Dünyanın bütün regionlarından dövlət rəhbərləri Prezident İlham Əliyevə təbrik ünvanlayıblar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.

Dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışına qatılıb.

aq1

Prezident və birinci xanım Ağdam şəhərində salınacaq 4-cü və 5-ci yaşayış komplekslərinin təməlinin qoyublar, “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar. Həmçinin, Ağdam şəhər Mərkəzi parkının təməlinin qoyulması mərasimində iştirak ediblər.

aq4 

aq5

imaret

merpark 

Dövlətimizin başçısı Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanış olub, Ağdam rayonunun Qiyaslı, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin təməlini qoyub, Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib.

qiyasli

salahli

qervend 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasiminə qatılıblar.

xacincay

Ölkənin siyasi gündəmi əsasən, növbədənkənar prezident seçkiləri ilə bağlı olub.

Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyini təsdiqləyib. MSK YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini-Baş nazirinin müavini Əli Əhmədovu səlahiyyətli nümayəndələr kimi qeydə alıb.

Həmçinin digər namizədlərdən 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Ölkədə seçicilərin sayı açıqlanıb. Hazırda 6 354 556 nəfər seçici var.

Ötən həftə Ümid Partiyası ilə Haqq və Ədalət Partiyası seçkilərdə İlham Əliyevin namizədliyini dəstəklədiyini açıqlayıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) isə Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürüb. BAXCP İdarə Heyəti partiyanın adının dəyişdirilməsinə də qərar verib. İdarə Heyəti Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adının üzərində dayanıb.

Həftə ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayı keçirilib. Qurultay iştirakçıları gələn ilin fevralında növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul ediblər.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXVI Baş Məclisi keçirilib və Baş Məclis İlham Əliyevin namizədliyinin dəstəklənməsinə qərar verib.

Həmçinin, Yaradıcı İttifaqların və Mədəniyyət Xadimlərinin I Qurultayında da İlham Əliyevin namizədliyinin dəstəkləndiyi ifadə edilib.

Ötən həftənin vacib xəbərərindən biri Azərbaycan ərazisində Fransa səfirliyinin kəşfiyyat şəbəkəsinin aşkarlanması olub.

Həftə ərzində Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Milli Məclisin ötən həftə keçirilən iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı” təqdim edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkədə erkən nikahların sayının artdığını diqqətə çatdırıb.

Dekabrın 22-də Azərbaycana qış fəsli daxil olub.

qis

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla Baş nazir Əli Əsədov arasında keçirilən görüşdə Azərbaycan tərəfindən dəmir yolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün əhəmiyyətli endirimlərin tətbiq edildiyi diqqətə çatdırılıb.

demiryol

Ötən həftə Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilib. Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş tədbirdə Azərbaycan ilə Türkiyə arasında bir sıra sənəd imzalanıb.

forum

Ötən həftə SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.

socar

Həftə ərzində Azərbaycandan Rusiyaya 720 min ədəd yumurta ixrac edilib.

Azad edilmiş ərazilərə sakinlərin köçürülməsi prosesi ötən həftə də davam edib.

Dekabrın 22-də Ali Məclis sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının səkkizinci iclası keçirilib.

97951_6585826670832

İclasda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (üçüncü oxunuş) qəbul edilib.

Dekabrın 18-19-da Mərakeşdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclası keçirilib. Komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks etdirən 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib.

Dünyanın buhəftəki əsas gündəmi yenə də Rusiya-Ukrayna və İsrail-HƏMAS savaşları olub.

İraqdan isə Türk dünyası üçün üzücü xəbər gəlib. Ölkənin şimalında terror hücumuna məruz qalan Türkiyə Silahlı Qüvvələrinin 12 hərbçisi şəhid olub. Keçirilən əməliyyatla şəhidlərin qisası alınıb, PKK terror təşkilatının hədəfləri məhv edilib, onlarla terrorçu zərərsizləşdirilib.