Close

168 saat - Bu həftə nə ilə yadda qaldı?

TNS yeni layihəyə start verir. “168 saat” adlanan yeni layihədə həftə ərzində ölkədə baş verən hadisələrin, keçirilən vacib tədbirlərin xülasəsi təqdim olunacaq. Həftəlik icmalda həmçinin, siyasət meydanında, idman, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə yaddaqalan olaylara yer veriləcək.

20-26 noyabr tarixlərini əhatə edən bu həftə Azərbaycan bir neçə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib. Eyni zamanda, bir neçə ölkənin dövlət və hökumət başçısı, rəsmi şəxsi ölkəmizə səfər edib.

Arxada qoyduğumuz həftənin ilk günündə Bakıda Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransı keçirilib.

Eyni gün İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev Camal Rəşidlə mətbuata bəyanatında çox vacib açıqlamalar verib. Bunlardan biridi də Azərbaycan liderinin yaxın vaxtlarda Bakıdan Kərkük, Ərbil və Bəsrə şəhərlərinə təyyarə reyslərinin olacağını bildirməsidir. Dövlət başçısının bu açıqlaması xüsusilə Kərkük ə Ərbil türklərinin böyük sevincinı səbəb olub.

h3

Prezident İlham Əliyev noyabrın 21-də Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Noyabrın 22-də isə Azərbaycan Prezidenti Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışına qatılıb.

17006514715933637607_1200x630

Eyni gün dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini və İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edib.

Azərbaycan Prezidenti noyabrın 23-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib.

Həmin gün dövlət başçısı Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Noyabrın 24-də Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvini qəbul edib.

Azərbaycan Prezidenti həmin gün Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Qırğız Respublikasının Prezidenti Sadır Japarov,  Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Eyni gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək, mühüm mesajlar verib.

Günün sonunda Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından rəsmi nahar verilib.

h2

Ölkəmizdə belə mötəbər tədbirlərin keçirilməsi, yüksək səviyyəli qonaqların ziyarəti bir daha göstərir ki, Azərbaycan təkcə Cənubi Qafqazın yox, regionun lider dövlətinə çevrilmək istiqaməqində əmin addımlarla irəliəyir. Artıq Asiyanın, Avropanın öndə gələn dövlətləri Azərbaycanla hesablaşır.

Ötən həftə ölkənin siyasi gündəmində ən çox müzakirə olunan məsələlərdən biri Azərbaycanın UNESCO-nun şərtini qəbul etməməsi oldu. Belə ki, UNESCO Azərbaycanın Qarabağ bölgəsinə səfər üçün müraciət edib. UNESCO təmsilçiləri Azərbaycan tərəfinə işğaldan azad edilmiş ərazilərdə cəmi iki abidəyə baxış keçirəcəyini bildirib, bundan sonra isə dərhal Xankəndi şəhərinə gedəcəklərini vurğulayıblar.

Azərbaycan isə bunun əleyhinə çıxıb, UNESCO-nun şərtini qəbul etməyib.

Yola saldığımız həftə Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi diplomatik nümayəndələr üçün birgə brifinq keçirib, Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin mülki insanlara dronlardan istifadə qaydalarını öyrətməsini, Azərbaycanın mülki və hərbi infrastrukturunu necə hədəf aldıqlarını əks etdirən görüntülər nümayiş etdirib.

Həftə ərzində Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Layihəyə əsasən, Ağdərə rayonunun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil olunacaq.

Ötən hətə Milli Məclis ABŞ Senatının erməniləri müdafiə aktı ilə bağlı bəyanat qəbul edib.

Həmçinin rəsmi İrəvan Bakının sülh sazişi üzrə növbəti təkliflərinə cavab verib, Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib. Baş nazir Paşinyan isə Ermənistanda məhkum edilmiş azərbaycanlıları Bakıda saxlanılan ermənilərlə dəyişdirməyə hazır olduqlarını açıqlayıb.

Ötən həftə Audiovizual Şura bir sıra yayımçıya lisenziya verib, hazırda fəaliyyət göstərməyən “Startelecom” MMC-nin lisenziyasını ləğv edib.

Respublikanın bəzi bölgələrində qızılca virusuna yoluxma halları müşahidə edilib. Bəzi rayonlarda qızılcadan ölüm faktları qeydə alınıb.

Keçdiyimiz həftə Suriyada düşərgədə saxlanılan 8 uşaq və 4 qadın Azərbaycana gətirilib.

İşğaldan azad olunan ərazilərə indiyə qədər 5000-ə yaxın keçmiş məcburi köçkününü köçürüldüyü açıqlanıb. Bildirilib ki, bu ilin sonunadək daha 300 ailə azad olunan ərazilərə köçürüləcək. Bununla da Qarabağ və Şərqi Zəngəzura köçürülən insanların sayı 6500 nəfərə çatacaq.

h5

Noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunub.

Ötən həftənin yaddaqalan olaylarından biri də deputatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tənqid etməsi olub. Milli Məclisin iclasında nazirliyi tənqid edən və dəstəkləyən deputatlar arasında mübahisə yaranıb.

Həftənin sonuna doğru AZAL-dan Azərbaycan vətəndaşlarını sevindirəcək bir xəbər gəlib. Məlum olub ki, AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başlayıb. Biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir.

Hərbi sahədə baş verənlərə gəlincə, noyabrın 23-də qardaş Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Tədbirdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, donanma admiralı Ercüment Tatlıoğlu ilə yanaşı, Azərbaycan HDQ-nin, eləcə də digər dost və müttəfiq ölkələrin nümayəndələri də iştirak ediblər.

Bundan başqa, HDQ-nin Dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər. 600 və 1200 metr hündürlükdən çətinləşdirilmiş paraşüt tullanışları Dəniz xüsusi təyinatlıları tərəfindən uğurla yerinə yetirilib.

O da məlum olub ki, Azərbaycan yeni “AH-12,7” iri çaplı pulemyot hazırlayıb. Pulemyot noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgidə təqdim olunub.

Həftə ərzində Ermənistan ordusunun işğal altında saxladığı Azərbaycan ərazilərində yaratdığı müdafiə - süni istehkam qurğuları aşkarlanaraq məhv edilib.

h6

Ötən həftə paytaxtda və bölgələrdə baş verən böyük yanğınlarla da yadda qalıb. Bakıda inşaat materialları bazarında (Dərnəgül taxta bazarı) bir nəfərin ölümü ilə nəticələnən yanğın baş verib. Gecə saatlarında başlayan yağın bir neçə saat ərzində məhdudlaşdırılıb. Havanın küləkli olması yanğını söndürməyə ciddi maneə törədib. Eyni gün Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində (Azadlıq prospekti metrostansiyasının yaxınlığında) yerləşən obyektdə yanğın olub. Çətinliklə söndürülən yanğın zamanı 6 nəfər xəsarət alıb.

h7

Daxili İşlər Nazirliyinin vətəndaşlara silahların təhvil verilməsi ilə bağlı çağırışına əməl edən xeyli sayda insan silahlarını polisə təhvil verib.

Həftə ərzində azad edilmiş bölgələrdə xeyli silah-sursat aşkarlanıb.

Ötən həftə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətmiş erməni terrorçu Raşid Beqlaryan həbs olunub. Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotinin isə cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Keçən həftə “Abzas Media” saytının direktoru Ülvi Həsənov, baş redaktoru Sevinc Abbasova, direktor müavini Məhəmməd Kekalov həbs ediliblər. Onların hər üçü qaçaqmalçılıqda təqsirləndirilir.

Sərhədçilərimizin sayıqlığı sayəsində ötən həftə sərhədlərimizi pozmağa çalışan sərhəd pozucularının cəhdləri nəticəsiz qalıb. Sərhəddə külli miqdarda narkotik vasitə, qaçaqmal aşkarlanıb.

Həftə ərzində idman sahəsində də önəmli hadisələr baş verib. İtaliyanın Montesilvano şəhərində keçirilən yarışda Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva 18 yaşlı qızlar arasında 11 turda 9,5 xal toplamaqla dünya çempionu olub.

Futbol üzrə AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçikaya böyük fərqlə (5:0) məğlub olan millimizin baş məşqçisi Canni De Byazi Azərbaycan yığmasından ayrılıb.