Tarixin utanc səhifələri – Milyonlarla günahsız insan niyə öldürülüb?

Son 150 ildə dünyanın müxtəlif ölkələrində soyqırımları törədilib.
BMT-nin 1948-ci ildə qəbul olunmuş soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair Konvensiyasına əsasən, soyqırımı etnik, milli, irqi və ya dini qrupu tamamilə, ya da qismən məhv etmək niyyəti ilə törədilən cinayətdir.
TNS dünya tarixinə qanla yazılmış bəzi soyqırımlarının siyahısını təqdim edir:
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları (1918, 1992)
1918-ci il Mart soyqırımı: Bakı, Şamaxı, Quba və digər bölgələrdə erməni silahlı dəstələri minlərlə azərbaycanlını qətlə yetirib.
1992-ci il Xocalı soyqırımı: Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıya hücum edərək, əksəriyyəti dinc sakin olan 613 azərbaycanlını, o cümlədən qadınları, uşaqları və qocaları amansızlıqla öldürüb.
Holokost (1941–1945)
Alman nasist rejimi tərəfindən yəhudilərə qarşı törədilib. Bu müddətdə təxminən 6 milyon yəhudi sistematik şəkildə məhv edilib.
Ruanda soyqırımı (1994)
Hutu ekstremistləri tərəfindən tutsi xalqına qarşı törədilib. 100 gündə təxminən 800,000 - 1,000,000 nəfər tutsi və radikalları dəstəkləməyən hutu öldürülüb.
Bosniya soyqırımı (1992–1995)
Bunlardan ən dəhşətlisi Srebrenitsa qətliamı 1995-ci ildə törədilib. Serb qüvvələri tərəfindən təxminən 8,000 bosniyalı müsəlman kişi və oğlan öldürülüb.
Kamboca soyqırımı (1975–1979)
Pol Pot və “Qırmızı khmerlər” rejimi dövründə törədilib. Təxminən 1.7 milyon insan öldürülüb.
Darfur soyqırımı (Sudan, 2003–indiyə qədər)
Ərəb Cəncavid milisləri tərəfindən qara afrikalı qəbilələrə qarşı törədilir. İndiyədək 300,000-dən çox insan öldürülüb, milyonlarla insan məcburi köçkün olub.
Herero və Nama soyqırımı (1904–1908)
Alman İmperiyası tərəfindən Namibiya ərazisində törədilib. Milliyyətçə herero olan 65,000, nama olan 10,000 insan öldürülüb.
Zarufa