Close

Heydər Əliyev akademik adından belə imtina edib - VİDEO

Azərbaycanın sabiq prezidenti, ümummilli lider Heydər Əliyevin 1996-cı ildə Milli Elmlər Akademiyasındakı çıxışı yenidən gündəm olub.

TNS Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə ssenarist, rejissor Füzuli Sabiroğlu nadir görüntüləri paylaşıb.

O zaman azərbaycanlı alimlərlə görüşən Heydər Əliyevə “akademik” adının verilməsi təklif edilib.

Lakin o buna ehtiyac olmadığını deyərək, təklifdən imtina edib.

“Mən hələ gənc vaxtlarımdan Azərbaycan xalqının, millətimin qayğıları ilə yaşamışam. Heç bir təmənnam olmayıb, bu gün də yoxdur. Sizə təşəkkür edirəm, amma mənə heç bir ad lazım deyil. Anamın, atamın verdiyi ad mənə bəsdir. Sizə səmimi deyirəm, heç bir ada ehtiyacım yoxdur. Azərbaycanın bu ağır, müstəqilliyə ilk addımlarını atdığı dövrdə ölkəyə rəhbərlik etməyi özümə şərəf bilirəm”, - H.Əliyev bildirib.

Sözügedən görüntüləri təqdim edirik: