Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Kürdəxanıda tarixi bina yox olmaq üzrədir - Tikilini kim qoruyacaq? - FOTO

Bu günlərdə sosial şəbəklərdə fotoları yayılan və baxımsız qalan Kürdəxanı türk məktəbi (inşa tarixi 1926-27) tarixi abidə kimi reyestrə daxil edilməyib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli TNS-ə açıqlamasında bildirib ki, qeyd olunan tikili daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil: “Buna baxmayaraq, həmin tarixi tikili reyestrə daxil edilmək üçün qeydiyyata alınıb və lazımi sənədləşmə işləri həyata keçirilib.

Bina xüsusi mülkiyyətdədir. Qanunvericiliyə uyğun olaraq, istifadəsində və ya mülkiyyətində tarixi abidə olan hüquqi və ya fiziki şəxslər həmin abidəni öz vəsaiti hesabına bərpa etməlidirlər”.

t2

Fotolardan da göründüyü kimi bina uçub-tökülür. Binanın üstündə köhnə əlifba ilə yazılıb:

“Etmə zəmanədə rəhbər cəhaləti,

Etdi bina bu məktəbi Şura höküməti.

Hicri 1345 - Kürdəxanı türk məktəbi - Miladi 1927...”

t3

Qeyd edək ki, Bakının Sabunçu rayonunun Kürdəxanı kəndində bir sıra tarixi abidələr var. Həmin tarixi abidələrdən XVll əsrə aid edilən Hacı Zeynal hamamı, Xll əsrə aid Hacı Cəfərqulu hamamı, 1444-cü ilə aid Aşağı məscidi, XIX əsr Soltan Əli məscidi, XVI əsr türbəni, 1905-ci ilə aid hamamı sadalamaq mümkündür.

Kürdəxanıda mövcud qalalardan tikintisi nisbətən yaxın dövrlərə təsadüf edəni Yamin qalasını göstərmək olar.

Aygün