Close

Argentina finala çıxdı: bu gecə rəqibi müəyyənləşir

ABŞ-da keçirilən futbol üzrə Amerika Kuboku çərçivəsində Argentina yığması Kanada millisinin qapısından iki cavabsız qol keçirərək finala yüksəlib.

TNS xəbər verir ki, digər yarımfinal oyunu bu gecə Bakı vaxtı ilə saat 04:00-da baş tutacaq.

Uruqvay millisi Kolumbiya millisi ilə qarşılaşacaq.