Close

Zaur Əliyevin yeni kitabı çapdan çıxıb

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi realliqlar və perspektivlər” adlı kitabı çap edilib.

TNS xəbər verir ki, bu, müəllifin sayca 22-ci kitabıdır.

Kitabda 44 günlük müharibədən sonra regionda baş verən dəyişikliklər, bu prosesin fonunda Zəngəzurdan-tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də, Türkiyə ilə birləşdirəcək dəhlizin əhəmiyyətindən bəhs edilir.

Nəşrdə “Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizləri”, “Zəngəzur: tarix, deportasiya, siyasət və geosiyasi proseslər”, “Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və beynəlxalq layihələr” başlıqlı mövzular ələ alınıb.