Close

Tarixçi alim Elm və Təhsil Nazirliyini ifşa etdi - Bu dərsliklərdə ciddi səhvə yol verilib

Orta məktəblərdə tədris olunan tarix dərsliklərində ciddi səhvə yol verilib.

TNS xəbər verir ki, bu faktı tarixçi alim, dosent Zaur Əliyev aşkarlayıb.

Tarixçi bununla bağlı paylaşımında bildirib: “Elm və təhsil naziri Emin müəllim. Sizə məlumat verim ki, bu gün orta məktəblərdə keçirilən tarix dərslərində istifadə edilən dərslikləri yazan "mütəxəssislər"ə deyin ki, Məhəmməd şah Fətəli şahın deyil, Abbas Mirzənin oğludur.

Qacar dövlətinin III şahı olub. Atası Abbas Mirzə Herat mühasirəsi zamanı öləndə 1834-cü il iyunun 20-də babası Fətəli Şahın vərəsəsi elan edildi. 8 noyabr 1834-cü ildə Fətəli Şahın ölümündən sonra Təbrizdəki Qacar Şahı elan edildi. Məhəmməd Mirzə Abbas Mirzə oğlu 1810-cu ildə Təbriz şəhərində anadan olub. Hələ аtаsının sаğlığındа vəliəhd оlmuşdu. 1834-cü ildə tахtа çıхıb, 1837-ci ildə Herat müharibəsini başladıb”.

tarix

Tarixçi əlavə edib ki, Məhəmməd şah istedadlı gəncləri təhsil almaq üçün xarici ölkələrə göndərən ilk Qacar hökmdarıdır. O, atasının vaxtında əsası qoyulan nəşriyyat işlərinin genişlənməsinə dəstək verərək, xarici dillərdə olan elmi-ədəbi kitabların tərcüməsinə və nəşrinə hamilik edib: “Bundan başqa, o dövrdə səltənətin Xoy, İsfahan, Səlmas və başqa şəhərlərində Avropa tipli müasir məktəblərin açılması da Məhəmməd Şahın adı ilə bağlıdır.

Azərbaycan türkü olduğunu hər zaman fəxrlə qabartması, ən əsası, səltənətdə fars elementlərinin güclənməsinə imkan verməməsi ilə tanınır. Sarayda fars ağalığına imkan verməyib.

 Məhəmməd Şah Qacar 1848-ci il sentyabrın 5-də, 38 yaşında dünyasını dəyişib”.