Close

Tarixçi alimdən şok iddia: "Bu qeyri-adi bayraq..." - FOTO

Hazırda Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan eksponatların arasında qeyri-adi bir bayraq da var.

TNS xəbər verir ki, tarixçi alim, dosent Zaur Əliyev həmin bayraqla bağlı məlumat paylaşıb.

Alim bildirib ki, həmin bayraq İslam dünyasına aid dövlətlər içərisində ancaq Azərbaycanda istifadə edilib: “Bu gün İranda, Türkiyədə, Ərəbistanda oturub Azərbaycan xalqını dinə inanmaqda, şiəlikdən başqa heç bir məzhəbə hörmət etməməkdə ittiham edənlər görsünlər ki, əsl İslam Azərbaycanda olub. Biz tarixən İslama, onun xəlifələrinin hamısına hörmət və sevgi ilə yanaşmış, heç bir fərq qoymamışıq. İran və digər İslam ölkələrindən bura gələnlərin dediklərinin əksinə olaraq, Azərbaycanlılar hər zaman tolerant, inanclı və multikultural olublar.

Bu da sübutu..”

bayraq1

Zaur Əliyev əlavə edib ki, dördkünc formalı qəhvəyi məxmərdən tikiş maşınında tikilmiş bayraq qumaşının (ölçüləri: 113 x 85,5 sm) tən ortasına güləbətin saplarla dördbucaqlı çərçivə, onun ətrafına isə güləbətindən qızılı bafta salınıb.

“Çərçivənin ortasına çəhrayı məxmərdən qurama üsulu ilə ağızları yuxarıya baxan, iç-içə yerləşdirilmiş iki ayparanın içinə beşguşə ulduz tikilib. Bayrağın kənarlarına və çərçivənin içəri künclərinə qəhvəyi qaytanla ərəb əlifbasında müxtəlif dini ifadələr yazılıb.

Çərçivənin içərisində "Əbu Bəkr", "Ömər", "Osman", "Əli", kənarlarında isə ərəb dilində "Allahdan başqa ilahi yoxdur, Məhəmməd onun elçisidir”, "Qələbə Allahdandır","Həqiqətən mən sənə aşkar qələbə bəxş etdim" sözləri həkk olunub.

XIX əsrin sonlarına aid olan bu bayraq 1949-cu ilin dekabr ayında Bakı şəhər sakini A.I.Qubanova tərəfindən Muzeyə verilib”, - alim qeyd edib.