"Azərbaycanda Ermənistan malları satılacaq"
13
16:31 - 29 May 2025

Ermənistan və Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət edəcəklər.
TNS news.am-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Telegram-da yazıb.
“Ermənistanla Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət edəcək, əvvəllər olduğu kimi bizim bazarlarda Azərbaycan malları, onların bazarlarında isə Ermənistan malları olacaq. Ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar. Müharibə olmayacaq, sülh olacaq”, - spiker bildirib.
Alen Simonyan Qarabağdan qaçan bəzi keçmiş məmurları “Köçəryan-Serj zooparkında yaşayan heyvanlar” adlandırıb.