Close

Kanada səfiri Azərbaycanı təbrik edib

Kanadanın Bakıdakı qeyri-rezident səfiri Kevin Hemilton Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

TNS xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.

“Bu gün Azərbaycan Respublikasının Müstəqillik Günüdür. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulması və Rus İmperiyasından müstəqilliyin əldə edilməsi qeyd olunur. Azərbaycan xalqına bu mühüm tarixi gün münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq”, – o yazıb.

Qeyd edək ki, Kevin Hemilton Kanadanın Türkiyədəki rezident, Azərbaycanda və Gürcüstanda isə qeyri-rezident səfiridir.