Serbiya XİN Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO

Serbiya Xarici İşlər Nazirliyi (XİN) Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.
TNS xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Serbiya Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi arzularını çatdırır. Biz, həmçinin davamlı tərəqqi və möhkəm ikitərəfli əməkdaşlıq ümidi ilə Azərbaycan XİN-dəki həmkarlarımıza səmimi salamlarımızı çatdırırıq", - paylaşımda vurğulanıb.
#Serbia extends its warmest wishes to the people and government of the Republic of #Azerbaijan on the occasion of their #IndependenceDay!
— MFA Serbia (@MFASerbia) May 28, 2025
We also send our sincere greetings to our colleagues at @AzerbaijanMFA, with hopes for continued progress, and strong bilateral cooperation! pic.twitter.com/n5GOLXyY7D