Daha bir tarixi gündür! - Üç lider...

Xəbər verdiyimiz kimi, bu gün, 28 May - Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı olacaq.
TNS xəbər verir ki, işğaldan azad edilən torpaqlarda inşa olunan üçüncü hava limanı olan Laçın aeroportu istifadəyə veriləcək.
Açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif də iştirak edəcək. Məhəmməd Şahbaz Şərifinin təyyarəsi dünən birbaşa Laçın Hava Limanına enib. Bu gün isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.
Qeyd edək ki, Türkiyə lideri Füzuli (2021-ci il) və Zəngilan Beynəlxalq Hava Limanlarının da (2022-ci il) açılışında iştirak edib.