Close

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 may - Müstəqillik Günü münasibətilə rəsmi instaqram hesabında paylaşım edib.

TNS xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun!
Uca Tanrı Vətənimizi qorusun!".

17484105666462256564_1200x630