Close

Kaya Kallas Azərbaycan Prezidentinin Fransa vətəndaşını əfv etməsini alqışlayıb

Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycan Prezidentinin Fransa vətəndaşını əfv etməsini alqışlayıb.

TNS xəbər verir ki, bu barədə o, sosial media hesabındakı paylaşımında bildirib.

“Onun Azərbaycandan əfv olunması sakit diplomatiyanın və hörmətli münasibətin nəyə nail ola biləcəyini göstərir”, - Kallas qeyd edib.

Qeyd edək ki, Bakıda metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı Klerk Teqo Hüqo ötən gün əfv edilib.