Close

Macarıstan Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləyir

Macarıstan Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləyir.

TNS xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib.

“Macarıstan Cənubi Qafqazda sülhün tərəfdarıdır və uzun müddətdir ki, Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləyir. Ermənistanla ikitərəfli əlaqələrimiz möhkəmlənir. Biz keçən il ticarət rekordu vurmuşuq”, - o qeyd edib.