Ərdoğan sabah Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.
TNS xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Billdirilib ki, səfər sabaha, yəni Azərbaycanın 28 May - Müstəqilllik Gününə təsadüf edəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin də sabah Azərbaycana səfəri gözlənilir.
Bildirilib ki, səfərin səbəbi Laçın Beynəlxalq Hava Limanının açılışının olması ilə əlaqədardır. Açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif də iştirak edəcək.
Qeyd edək ki, Türkiyə lideri Füzuli (2021-ci il) və Zəngilan Beynəlxalq Hava Limanlarının da (2022-ci il) açılışında iştirak edib.