Close

"Ukraynanın müharibədən sonra bərpasında Azərbaycanın dəstəyini gözləyirik"

Bizim üçün çox önəmlidir ki, Azərbaycan Ukraynanın suverenliyini dəstəkləyir. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm.

TNS xəbər verir ki, bu sözləri mayın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa söyləyib.

“Ukrayna müharibədən sonra bərpası böyük bir proses olacaq və burada Azərbaycanın dəstəyini gözləyirik. Xüsusilə minatəmizləmə sahəsində əməkdaşlığa üstünlük veririk. Ölkəmizin Azərbaycanın Qafqazda enerji habına çevrilməsinə dəstək verməsinə hər zaman hazırdır”, - deyən nazir İrpen şəhərinə dəstəyə görə Azərbaycana təşəkkür edib.