Əminə Ərdoğandan Qarabağ atları ilə bağlı paylaşım
10
09:45 - 25 May 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan X hesabında İstanbul şəhərində keçirilən VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında Qarabağ atlarının kompozisiyası ilə bağlı paylaşım edib.
TNS xəbər verir ki, Ə. Ərdoğan paylaşımda qeyd edib:
“VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında könülləri fəth edən Qarabağ atlarının bənzərsiz nümayişi. Bu gün bir xalqın mədəniyyəti digər xalqın qəlbində əks-səda tapıb. İki dövlət, bir millət; mədəniyyətdə, qəlbdə və gələcəkdə daim bir”.