Sona Qazaryan: "Albaniyada razılıq əldə olunub"
12
13:20 - 24 May 2025

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan danışıqları davam etdirmək barədə razılığa gəlib”.
TNS xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Sona Qazaryan deyib.
“İlham Əliyev və Nikol Paşinyan arasında Albaniyada baş tutan görüş əlamətdardır. Çünki hər iki ölkənin lideri danışıqları davam etdirmək barədə razılığa gəlib”, - deputat bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş mayın 16-da Albaniyanın paytaxtı Tirana şəhərində Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısı çərçivəsində keçirilib.