Azərbaycan və Ermənistan bir-birinin namizədliyini dəstəkləyib
36
19:20 - 23 May 2025

Azərbaycan və Ermənistan Avropa Siyasi Birliyinin Sammitinin keçirilməsi üçün bir-birinin namizədliyini dəstəkləyib.
TNS xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan, eyni zamanda, Avropa Siyasi Birliyinin Sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışladığını qeyd edib.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda keçiriləcək.