Close

NATO baş katibinin müavini: "Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndiririk"

NATO Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir.

TNS xəbər verir ki, bunu NATO baş katibinin müavini Radmila Şekerinska Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü ilə bağlı “X” hesabındakı paylaşımında yazıb.

“Biz NATO-Azərbaycan münasibətlərini və regional təhlükəsizliyi müzakirə etdik. Cənubi Qafqaz Alyans üçün mühüm əhəmiyyət kəsb edən regiondur”, - o bildirib.