İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi
21
13:53 - 22 May 2025

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirilib.
TNS xəbər verir ki, bu barədə Səfirlik məlumat yayıb.
Bildirilib ki, İsrail Dövlətinin diplomatik nümayəndəlikləri Yaron və Saraya hörmət və matəm əlaməti olaraq bayraqlarını yarıya qədər endiriblər.
Xatırladaq ki, ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Şübhəli bilinən şəxs saxlanılıb.