XİN İsrailə başsağlığı verdi
12
10:31 - 22 May 2025

Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi ilə bağlı İsrailə başsağlığı verib.
TNS xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.