PA şöbə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcək
6
18:53 - 20 May 2025

Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcək.
TNS xəbər verir ki, bu, Milli Məclisin 23 mayda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.