Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər

Milli Məclisin deputatları NATO Parlament Assambleyasının sessiyasında iştirak edəcəklər.
TNS xəbər verir ki, iclasa NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov və nümayəndə heyətinin üzvü Tahir Mirkişili qatılacaqlar.
Onlar bu məqsədlə sabah ABŞ-nin Ohayo ştatının Dayton şəhərinə səfər edəcəklər.
Qeyd edək ki, sessiya çərçivəsində seçkilərin kibertəhlükəsizliyinin gücləndirilməsi, transatlantik tərəfdaşlığa çağırış, cari və gələcək təhdidlərlə mübarizə, Dayton sazişlərinin imzalanmasının 30 illiyi, NATO və avtoritar ölkələrin birləşən bloku və digər mövzularda müzakirələr aparılacaq.