Close

Tarix. Sənədlər. Faktlar: Ermənistan coğrafi ərazi kimi - VİDEO

"Bəşəriyyətin tarixi boyu müxtəlif qiymətləndirmələrə görə minlərlə xalq və etnik qrup mövcud olub. Bəziləri öz mədəniyyət və sivilizasiyaları ilə birlikdə yox olublar, digərləri isə inkişaf edib, uyğunlaşıb və dövrümüzə qədər gəlib çıxıblar. Bu xalqlardan yalnız təxminən 200-ü öz dövlətçiliyinə malikdir. Dövlətlər isə şərti olaraq qədim, yeni və ya gənc kimi təsnif edilir".

TNS xəbər verir ki, bu fikirlər "Caliber"in "YouTube" kanalında yayımlanan yeni buraxılışında səslənir:

"Məsələn, Yunanıstan kimi ən qədim tarixə malik ölkələr var. Tənəzzül dövrlərinə baxmayaraq, öz dövlətçiliyini bərpa edib və bu günə qədər mövcuddur. Digər tərəfdən, nisbətən gənc dövlətlər də var ki, yalnız XX əsrdə formalaşıblar. Bunlara ilk dəfə 1918-ci ildə elan edilən Ermənistan Respublikası da daxildir. Burada ermənilərin etnik qrup kimi mövcudluğu inkar edilmir. Biz yalnız dövlətçilik haqqında danışırıq", - deyə süjetdə vurğulanır.

Daha ətraflı "Caliber"in yeni videomaterialında: