Close

Bu ölkə Azərbaycana yeni səfir təyin etdi

Kan Kimqu Cənubi Koreyanın Azərbaycanda yeni səfiri təyin edilib.

TNS xəbər verir ki, bu barədə "Report"a Cənubi Koreyanın Bakıdakı diplomatik missiyasından xəbər verilib.

Bu təyinata qədər Kan Kimqu Cənubi Koreyanın Myanmadakı səfirliyində müvəqqəti işlər vəkili olub.

Kan Kimqu Koreya Respublikasının Azərbaycandakı səfiri vəzifəsində Li İn-Yonqu əvəz edəcək.