"Haber Global": "Azərbaycan Heydər Əliyevin vəsiyyətini yerinə yetirməyin qürurunu yaşayır" - VİDEO

"Heydər Əliyevin irsi yalnız Azərbaycanda deyil, bütün Türk dünyasında yaşamağa və ona ilham verməyə davam edir".
TNS xəbər verir ki, bu fikirlər Türkiyənin "Haber Global" telekanalının Heydər Əliyevin doğumunun 102-ci ildönümünə aid hazırladığı süjetdə yer alır.
Süjetdə bildirilir ki, 10 may Azərbaycan üçün mühüm bir gündür - müasir Azərbaycanın qurucusu Heydər Əliyevin doğum günüdür. Azərbaycan xalqı ümummilli liderini hər zaman həsrət və minnətdarlıqla yad edir.
Qeyd olunur ki, bu gün Azərbaycan Heydər Əliyevin vəsiyyətini Qarabağda yerinə yetirməyin qürurunu yaşayır.
Daha ətraflı "Haber Global"ın videomaterialında: