Ermənistanla sülh prosesində bir neçə istiqamət üzrə təmaslar davam edir
4
12:00 - 10 May 2025

Ermənistanla sülh prosesində bir neçə istiqamət üzrə təmaslar davam edir.
TNS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir Ermənistan Azərbaycan normallaşma prosesində hələ ki ciddi addımların olmadığını vurğulayıb:
"Hazırda Ermənistan tərəfindən Azərbaycanın gözləntiləri var. Bu, ərazi iddialarından imtina və ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Bu prosesləri izləyirik. Təmaslar var, amma ciddi adımıar hələ ki yoxdur".