Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb - FOTO

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə “X” sosial şəbəkə hesabında paylaşım edib.
TNS xəbər verir ki, paylaşımda deyilir:
“Səfirliyin qiymətli arxiv materiallarını gəzirdim və ilk ziyarətçi kitabımızı tapdım. Onun ilk səhifəsində düz 30 il əvvəl Zati-aliləri Heydər Əliyevin yazdığı səmimi arzuları və imzası var. Allah rəhmət eləsin!”.
Səfirliyin qiymətli arxiv materiallarını gəzirdim və ilk ziyarətçi kitabımızı tapdım. Onun ilk səhifəsində düz 30 il əvvəl Zati-aliləri Heydər Əliyevin yazdığı səmimi arzuları və imzası var.
— FergusAuldFCDO (@FergusAuldFCDO) May 10, 2025
Allah rəhmət eləsin! pic.twitter.com/mfxzbZZsNY