Close

Sahibə Qafarova Şeyx Zayed məscid kompleksində

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Əbu-Dabidə Şeyx Zayed məscid kompleksini ziyarət edib.

TNS bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla məlumat verir. 

Məlumata görə, burada qonaqlara məlumat verilib ki, ölkənin ən böyük məscidi olan bu məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın təşəbbüsü ilə inşa edilib. Cümə və bayram namazlarında buraya gələnlərin sayı 40 min nəfərə çatır.

Məscidlə tanışlıqdan sonra spiker Sahibə Qafarova məscidin xatirə kitabına ürək sözlərini yazıb.

ZAYED

ZAYED_1

ZAYED_2

ZAYED_4

ZAYED__10