Close

Belarusun Baş naziri Zəfər parkında

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Bakıdakı Zəfər parkını ziyarət edib.

TNS xəbər verir ki, yüksək qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Belarusun Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Qeyd olundu ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.

6819bf99a60fd6819bf99a60fe17465179136819bf99a60fa6819bf99a60fc

6819bf9985e0b6819bf9985e0c17465179136819bf9985e096819bf9985e0a

6819bf99bb0636819bf99bb06417465179136819bf99bb0606819bf99bb061