Close

Şahzadə Fəxri və Şəhidlər xiyabanlarında - FOTOLAR

Azərbaycanda səfərdə olan Mərakeş Krallığının şahzadəsi Lalla Hasnaa mayın 5-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

TNS xəbər verir ki, Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Lalla Hasnaa həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

1746442096315914335_1200x630

17464420963575131144_1200x630

17464420965142030268_1200x630

1746442096447451608_1200x630