Aleksandr Turçin Azərbaycana gəldi - YENİLƏNİB

Belarusun Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycana rəsmi səfərə gəlib.
TNS xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Belarusun Baş naziri Aleksandr Turçini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
09:27
Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə yollanıb.
Bu barədə TNS BELTA-ya istinadla xəbər verir.
Bildirilib ki, səfər çərçivəsində bir sıra müqavilələrin imzalanması gözlənilir.